adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Sentyabr 2015 10:14
3127
DÜNYA
A- A+

“Qərb İŞİD-in irəliləməsinin qarşısını alıb”

Kanada və ABŞ daxil olmaqla Qərb ölkələrinin səyləri nəticəsində İŞİD terror qruplaşmasının Suriya və İraqda irəliləməsinin qarşısı alınıb.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Stiven Harper Ottavada çıxış edərkən bəyan dib.

"Müdaxilə öz bəhrəsini verib və İŞİD-in irəliləməsinin əhəmiyyətli dərəcədə qarşısı alınıb. Buna arzuladığımız qədər olmasa da, kifayət qədər nail olmuşuq. Xüsusən İraqın şimalında, nisbətən isə bu ölkənin digər bölgələrində və Suriyada. Bir il əvvəl terrorçular az qala bütün regionu ələ keçirəcəkdilər, lakin Qərbin müdaxiləsi buna imkan vermədi”, deyə S.Harper bildirib.

Kanadanın baş naziri qeyd edib ki, İŞİD-ə qarşı mübarizə uzunmüddətli olacaq.