adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Sentyabr 2015 11:15
4191
MƏMLƏKƏT
A- A+

Qarabağ kanalında bir nəfər batıb - Yenilənib

Azərbaycanın Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub.

Batan şəxs Bərdənin Xanağalı kənd sakini, 15 yaşlı Cəfərov Vüsal Qara oğludur.

***

10:15

Bərdə rayonunda bədbəxt hadisə baş verib. Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə müraciət daxil olub.

Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.