adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Sentyabr 2015 09:37
3093
DÜNYA
A- A+

Həbsxanada yanğın - 16 ölü, 17 yaralı

Venesuelada həbsxanasında güclü yanğın baş verib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal bölgəsində yerləşən Karabobo ştatında qeydə alınıb.

İlkin məlumata görə, insident nəticəsində 16 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Xəsarət alanlar Valensiya şəhər xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.