adalet.az header logo
  • Bakı 19°C

Ermənini vəsf edənlər...

18179 | 2012-09-29 00:12
"Qarı düşmən dost olmaz"-bu məsəl başqa nə cür deyilməlidi ki, millətimiz bunu daha yaxşı dərk eləsin...
   
   Ermənilərin kimlik tarixini öyrənəndə uşaq idim. Evimizdəki kitablardan məlumatlanmışdım ki, bunlar yaxşılıq-zad bilən deyil. Atamın işi ilə bağlı bizə gələn erməni dostlarına balaca kafamla etiraz edirdim-bunlar bizə gəlməsin! Atam haqq-salamı kəsə bilmədiyini görüb bizə erməni dostlarını başqa cür təqdim edirdi: Abo olurdu Abbas baba, Vartan olurdu Vəli baba. Ağlım kəsəndən sonra öyrəndim ki, məsələn, XVI əsrdə Avropada xristian dini sarsılmağa başlayanda ermənilər dini təfriqəni gücləndirmək üçün izuit məktəbləri açırdılar. Məktəbdə şagirdləri bir-birindən xəbərçiliyə, bir-birlərini güdməyə, yaltaqlığa və yalançılığa öyrədirdilər. Çox keçmədi, müharibə başladı. Və onlarla əlaqələr də kəsildi... Hiss edirdim ki, Zeynəb Xanlarova "Qardaş olub Hayastan" deyəndə səmimi olmur. "Oxu" dərsliklərində qonşulara həsr olunmuş bir şeir vardı. Bir bəndini yazacam:
   
   
   
   Azər, Nailə, Sərvər,
   
   Vasya, Fəridə, Hünər,
   
   Axşamüstü yığışıb
   
   Oynamağa gəlirlər.
   
   
   
   Sonra bir kitabda oxudum ki, burdakı "Azər" "dostluq" dönəmində "Aşot" imiş... Gəncədə Gülüstan qəsəbəsi, Vəzirov küçəsində erməni uşaqlarla tez-tez davamız düşərdi. Onlar xəbərçi, aravuran idi. Sanki eynilə izuit məktəblərinin təlimini keçmişdilər. Axırıncı dəfə məhlə uşaqları arasında əməlli-başlı qarşıdurma yarandı. Hayqonu xəbərçiliyinin üstündə möhkəmcə əzişdirmişdilər. Bunlardan bizə dost olmayacağını görüb əlaqələrimizi kəsdik. Velosiped sürəndə, yaxud oyunlar oynayanda onları özümüzə yaxın buraxmırdıq. Çox keçmədi, ara qarışdı və erməni qonşularımız köçüb getdilər...
   
   
   
   ***
   
   
   
   Əsrlərdir ermənilərlə türklər ağır-ağır qırğınlardan keçib, sonda dostlaşıblar. Biz bir həqiqəti dərk etməmişik ki, zaman-zaman bizi qanımıza qəltan edən bir millətlə dostluq, sadəcə, mümkün deyil... Deyək ki, bunu indi dərk edirik. Bizdən əsrlər öncəki nəsillərin bunu dərk etməməsini nəyin ayağına yozaq? O zaman dostluq tellərinin bir-birilə daha sıx bağlanması iləmi? Yoxsa, ömür boyu sülh şəraitində yaşayacaqları qənaətinə gəlmək kimi əbləh bir düşüncəyə görəmi? Ya bəlkə... erməni gözəllərindən vazkeçilməzliyə görəmi? Həəəə... Olsa, olsa, sonuncu variant olar... Türk kişilərinin gözəllərdən keçə bilməmək kimi "antik", "arxaik" bir xüsusiyyəti vardır. "Sevginin milləti, irqi olmur" kimi metafizik aksioma ilə özlərini sığortalamağa da tezbazar vaxt tapırlar. Bizimkilər erməni gözəllərini vəsf edən dönəmlərdə, başqa millətlərin öndəgedənləri onların dəqiq qiymətini verirmişllər... Nümunələrə baxaq: Nəsimi yazırdı ki,
   
   
   
   Dərdmən etdin məni, ey dərdə dərman, erməni.
   
   Olmuşam eşqin yolunda bəndəfəran, erməni.
   
   Nə pəri, nə Adəmi bu şəkl ilə mən görmədim,
   
   Cənnətdən hurimisən, yoxsa ki, rizvam, erməni?
   
   Anca kim səy eylədim nazik camalın görməyə,
   
   Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
   
   
   
   Örtgül ol ay üzünü kim, çeşmi-namərhəm görər,
   
   Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
   
   
   
   İsiyi-Seyrəm həqüçün heç qərarım qalmadı,
   
   Didəmi giryan edərsən, bağrımı qan, erməni.
   
   
   
   Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
   
   Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
   
   
   
   Harda bir xaç əhli varsa, namusun seyr elədim,
   
   Bulmadım mən sən-təki bir cani-canan, erməni.
   
   
   
   Bir sual etdi Nəsimi sən büti-məhparədən,
   
   Lütfilə söyləş əgər, ey ləli-xəndan erməni...
   
   
   
   Bunu isə yaxın keçmişimizin şairi, repressiya qurbanı Mikayıl Müşfiq yazıb:
   
   
   
   Sən də köksüm kimi dalğalan, Sevan,
   
   Sən mənə can dedin, can Ermənistan!
   
   Acıqla keçmişə dönüb baxanda
   
   Sən də mənim kimi oldunmu peşman?
   
   
   
   Mirzə Şəfi Vazehin erməni qızı Susannaya yazdığı "Süsəni"ni də bu yerdə yada salmaq lazımdı.
   
   Əmir Teymur deyirdi: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər." Sədi Şirazi də oxşar qənaətdə idi: "Erməni yer üzünün ilanı, insanlığın düşmənidi." Alman səyyahı Albert Kerte ermənini yuxuda görməyin belə uğursuzluğunu deyirdi: "Türklərlə iş görəndə sözlə danışmaq kifayətdi, müqavilə bağlamağa da ehtiyac yoxdur. Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda hansısa sənədləşmə aparmağın mənası yoxdu, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.
   
   Yazıçı Olqa Smurova da "ermənili yuxular"dan qorxanlardandı: "Əgər yuxuda erməni görübsünüzsə, ehtiyatlı olun. Bilin ki, sizi aldadacaqlar və ya sizə xəyanət edəcəklər." Puşkinin məşhur "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən" deyimini yəqin ki, bilməyən yoxdu...
   
   Fransız səyyah Qraf de Şole ermənilərin haramzadalığını bəyan edib: "Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim." Yazıçı Jemçujinov da erməniləri zamanında tanıyanlardandı: "Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidi. Özgə millətləri də özlərinin xeyrinə danışmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər."
   
   İngilis səyyah Vilson erməniləri abırsız adlandırıb: "Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bütün bunları başqalarına qarşı edirlər."
   
   Ermənilərin əsl qiymətinin onların teroruna məruz qalmayanların verməsini oxumaq ağrılıdı. O qiyməti həmin terrorlara, qırğınlara məruz qalanlar verməliydi halbuki...
   
   Nəsimidən fərqli olaraq, isveçli səyyah Adam Mets belə deyirdi: "Dərisi ağ qulların ən pisi ermənilərdi. Oğurluqları olduqca məşhur olan bu adamların abır-həyası yoxdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər. Tatsit isə onların ikiüzlülüyündən, riyakarlığından yazırdı: "Ermənilər istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar."
   
   
   
   ***
   
   
   
   Bizim kişilər əsrlərdir, erməni qadınlarını tərifləməkdə, şənlərinə şeir qoşmaqda, mahnı yazmaqda, erməni kişiləri isə əsrlərdir, türk qadınlarını zorlamaqda, onalara işgəncə verməkdə, qarınlarını süngü ilə deşməkdə ...
   
   "Axçi, vontsez, yes kez madağ"-bu da bizim aşıqlardan birinin erməni qızına dediyi komplementdi. Mənası belədi ki, ay qız, necəsən, mən sənə qurban olum... Belə... Bizim bu tip ədəbi, bədii fikir adamlarımızın timsalında kütləvi şəkildə qurban getməkdəyik...

TƏQVİM / ARXİV