adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Avqust 2015 16:06
12893
KRİMİNAL
A- A+

İnək oğurlayan qadın tutuldu

Avqustun 28-də Sabir Bəşirovun 1 baş inəyini oğurlamış rayon sakinləri tutulub. Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oğurluq edən Ramil Bəşirov və Sabiqə Həsənxanova saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Oxşar hadisə Astarada baş verib. Belə ki, avqustun 27-də Fərqanə Hüseynovanın 1 baş qoyununu oğurlayan şəxslərin kimliyi məlum olub. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunu oğurlamış rayon sakinləri Arif Cabbarov və Şamxal Mirzəyev tutulub.