QIRILMIŞ SİMLƏRİN PIÇILTISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61432 | 2015-08-29 11:20

Yəqin ki, YaşarNurini unutmamısınız. Böyük aktyoru, dəyərli sənətkarımızı hələ dəxatırlayırsınız. Çünki xatırlanmalı, tez-tez gözümüzün önünə gətirib oynadığırolları içimizdə canlandırmağa haqq etmiş əvəzsiz bir aktyor idi. Ruhu şadolsun!

Mən Yaşar müəllimi həyatda da kifayət qədər görmüşəm. Hətta birmüddət kirayənişin yaşadığım mikrorayondabina qonşusu da olmuşam. Salamlaşmışıq, halını soruşmuşam. İştiraketdiyi tamaşaların az qala hamısının seyirçisi də olmuşam, filmlərinin də ocümlədən. Bunların hərəsi ayrıca bir mövzudu, bir yazıdı. Amma bu gün mən sonvaxtlar tez-tez xatırladığım "Kökdən düşmüş piano"nu yaman çoxarzulayıram. İçimdən keçir ki, Yaşar müəllim onu bu gün bir də oynasın. O pianoustasının obrazını bu gün üçün yenidən bir də canlandırsın. Soruşa bilərsinizki, niyə məhz onu? Niyə məhz o rolu?

Cavab verə bilərəm.Hətta uzun-uzadı cümlələrdən istifadə edib bu cavabla sizi bezdirə də bilərəm.Amma bu fikirdən uzağam. Kəsə, yəni iki sözlə cavab verəcəm həmin suala. Deyəcəmki:

- İndi hamı vəçox şey kökdən düşüb!!!

Bəli, bilmirəmhavadandı, təbiətdəndi , ya cəmiyyətdəki siyasi auradandı, axırı vəlvələdəndi,ya zəlzələdəndi hər nədisə, nə özümü, nə ətrafımın heç nəyə həvəsi yoxdu.Hamıda bir süstlük, bir halsızlıq hakimdi. İnanın ki, lətifəyə, zarafata dameyl edən yoxdu. Heç kim nə özgəsinə, nə də özünə gülmək istəmir. Doğrudur,özünə gülmək dəlilik əlamətidi, amma mən bunu heç kimdə, elə özümdə də hələlikhiss etmirəm. Bircə gördüyüm, duyduğum, hiss etdiyim odur ki, hamı birtəhərdi,hamı kökdən düşüb... Elə hər şey də birtəhərdi, rəngləri vurub bir-birini. Buala-bulalıq hər şeyi kökdən salıb. Bilmirsən hansı rəngə köklənəsən. Düzdü, ağrəngi saflıq sayırlar, qara rəngi böyüklük. İnanın ki, indiki halda saflıq da,böyüklük də o qədər cılızlaşıb, o qədər süni bir şəkilə bürünübdü ki, onu özünəqaytarmaq üçün mütləq kökləmək lazımdı. Bax bu yerdə bir haşiyə çıxacam...

Sovetdönəminin son illəri idi. Rayon qəzetində çalışırdım və Füzuli şəhərindən kəndimizəgedən yolun kənarında dayanıb maşın gözləyirdim. Təbii ki, kəndə, evimizə getməküçün. Yolun kənarı ilə zarafatlaşa-zarafatlaşa iki məktəbli oğlan uşağı gəlirdi.Hiss olunurdu ki, biri o birisindən iki-üç yaş böyükdü. Həmin o böyükoğlan yanındakının əlində tutduğu balacagitaranı çəkib ondan aldı. Uşaqetiraz etsə də əhəmiyyət verməyib başladı özü bildiyi kimi dınqıldatmağa.Balaca uşaq bundan əsəbiləşdi və mənim eşidə biləcəyim səslə dedi:

- Müəllimim onuindi kökləyib, kökdən salma.

Böyük oğlan yenə yanındakına əhəmiyyət vermədi. Öz bildiyinidavam etdirdi. Bu dəfə balaca uşaq onun qolundan sallaşıb gitaranı almaq istədi.O, sol əli ilə gitaranı sol tərəfə, sağ əli ilə də uşağı sağ tərəfə itələdi. Eləbu vaxt arxadan gələn lafet qoşqulu traktor onların böyründən keçirdi. Sol tərəfdənkeçən traktor oğlanın əlindəki gitaranı vurub yerə saldı və o, lafetin təkərləri altında qaldı. Hər iki uşaq biranlıq şoka düşmüş kimi dayanıb asfalta az qala yapışmış gitaraya baxdılar.Sonra balaca uşaq özünü gitaraya tərəf atıb hər iki əliylə başını sıxıb yolun kənarındaçökdü. Böyük oğlan da dinməzcə gəlib onun yanında dayandı...

Bu günə qədər şəhərdəəlində gitara aparan oğlan uşaqları görəndə o hadisə yadıma düşür. Doğrudur, məno uşaqların sonra necə razılaşdığını, o məsələnin necə bitdiyini bilmədim. Ammahər iki əli ilə başını sıxan və bəlkə də içində ağlayan o uşaq heç yadımdançıxmır. İndi də dəqiq bilmirəm ki, onda həmin uşaq özünümü ağlayırdı, təkərləraltında qalan gitarasınımı, yoxsa evdə onu gözləyən tənbehimi? Ammaağlayırdı... Mən bir az yazı-pozu adamının həssaslığı ilə indii ona dongeyindirirəm və özümdə belə qərar verirəm ki, o uşaq həmin gün evdəkilərə ifaedəcəyi mahnı üçün ağlayırdı. Axı onun çalacağı mahnını anası, bacısı,doğmaları gözləyirdi! O isə onların yanına əliboş gedirdi - mahnısız,gitarasız...

Hə, bilmirəm ouşaq musiqiçi oldu-olmadı, ya ona kimsə gitara alıb bağışladı-bağışlamadı, ammabütün hallarda o uşaq və təkərlər altında qalan gitara mənim içimdə yaşayır.Özü də qırılmış simlərin simfoniyasını ifa edə-edə!..

Bəli, yazınınilk cümləsindən xatırlatdım ki, mən də, ətrafım da bir halsızlığın içərisindəçapalayırıq. Mən də, ərafım da kökdən düşmüşük.Ona görə də elə o kökdən düşmüş ürəyin son nəğməsi kimi bu misraları sizəünvanlayıram. Düşünürəm ki, aranızda kökdən düşmüş kimsə ola bilər. Qoy oxusunmisraları. Bəlkə özünü kökləməyə bu misralar ona yardım edə bildi:

Mənihavalandıran

Dərdinə şükür,Allah...

Şükür ki, dərdlərməni

Dərdinə bükür,Allah!

Məni daşdanyoğurub

Dərd, daş üstəqovurub...

Xırmanındasovurub -

Şumlayıb əkir,Allah!

Bəxtim solduqcadən-dən

Gördüm yer bezirməndən...

Nə gizlədim ki,səndən-

Məni göy çəkir,Allah!

***

Yaşadığımızzaman heç nəyi gizli saxlamağa, gizlətməyə imkan vermir. Dünyanın hətta əlçatmayan, ün yetməyən nöqtəsində kimsə kiməsə daş atırsa, kimsə kiminsə suyunukəsirsə, kimsə kiminsə evinə gecə qaranlıqda girirsə... Bir sözlə, hər şeyuzağı bir udum havanı ciyərlərinə çəkənə qədər gündəmə gəlir. Özü də şok xəbərkimi. Ona görə də bu gün hər kəsi düşündürən daha çox maddiyatdı. İnsanlardünyanı bürüyən iqtisadi böhranı, pulun dəyərdən düşməsini, qazancının evindəkiqazana gedib çatmadığını düşünə-düşünə günü axşam edirlər, elə axşamı da səhər.Hər kəs teleekrandan izlədiyi aclığı, səfaləti, xüsusilə azyaşlı uşaqların azqala çəyirtkə kimi acından hansı hallara qalıb məhv olduğunu izlədikcə bir yerə,bir göyə baxıb şükür edirlər. Hətta mənim yaşlı anam öz-özünə pıçıldayır:

- Ay bala,Allaha çox şükür ki, biz tərəflərdə belə şey yoxdu.

Bəli, bu yaşlıanamın dediyidi və mən bu "şükür" kəlməsini tez-tez eşidirəm. Oaclığa, o səfalətə düşmədiyimiz üçün, o durumdan çox-çox uzaq olduğumuz üçün məndə şükür edirəm. Və o şükür etdiyim anda da düşünürəm ki, görəsən bu"şükür"ün dili olsa mənə nə deyrdi, məndən nə soruşardı, hansı sualıverərdi?

Uzun müddətağlımı, başımı bu sualla qatıram. Dağı arana, aranı dağa çəkə-çəkə ağır bir yükdaşıyan adam kimi özüm özümü haldan salıram. Bax, o haldan düşdüyüm məqamdasanki kimsə mənə pıçıldayır:

- Özünə yazığıngəlmirsə, səni özünə ümid bilənlərə yazığın gəlsin.

Çevrilib həmin səsəbaxıram. Elə bil həmin o səs mənə güzgünü göstərir. Demək istəyir ki, güzgüdəözünə bax. Bax və gör nə gündəsən?..

Bəli, güzgüyəbaxıram və məni bir gic gülmək tutur:

- Doğurdan, mənnə gündəyəm...

Hə, bax inditapdım yazı boyu sölyədiyim halsızlığın ipucunu. Mənə məlum oldu ki, özümü unutmağım, özümün özümə güzgüdəbaxmamağım bütün bu halsızlığın, kökdən düşmənin səbəbi imiş. İnanın ki, böyükCəfər Cabbarlının "Evrika!"sı yadıma düşdü. İstədim qışqıram, ammaqışqırmadım. Çünki qorxdum. Dərhal anladım ki, bu halsızlığın məni dəli etdiyinəeşidənlərin şübhəsi qalmayacaq. Onsuz da adım heç bir dəftər-kitabda yoxdu.İndi yazmaq istəyəndə dəlilərin siyahısı olan kitaba yazacaqlar. (Hörmətlioxucu, söhbət Koroğlunun dəlilərindən getmir ha. Xahiş edirəm diqqətli ol! -Ə.M.)

Di gəl bundansonra adını o dəli siyahısından çıxart görüm necə çıxarırsan. Çünki bizdəsiyahı bir dəfə tutulur. Adın düşdü, qurtardı. Ona görə də atalar da deyib ki,"adın çıxınca, canın çıxsın". Nə demək istədiyimi bildiniz də. Həminatalar bizə aid olduğundan bizim nə cürsiyahı tutmaq qabiliyyətinə malik olduğumuzu da gözə biliblər. Elə bu məsəli dəxəbərdarlıq kimi tarixin yaddaşına yazıblar... İndiki gündə, yəni həftəninistirahət günü sayılan bu şənbəsində günəşdə baş vermiş partlayışın yaratdığıqasırğa mənim və ətrafımın halsızlığını bir az da artırır. Ona görə də az qaladanışmağa, yazmağa da bir həvəs duymuram. Və hətta öz-özümə pıçıldayıram ki,görəsən hamı mənim durumumdadı? Və görəsən kimsə bu yazını oxumağa həvəs göstərəcək?

Bu suallar dacavab istəyir. Amma o cavabı verəcək adamı mən ortaya çıxara bilmirəm. Ona görəki, bu adam elə özüməm və bilirəm ki, mən başqalarını oxuduğum kimi özümü dəoxumağa həmişə həvəskar olmuşam. Amma bu gün o həvəsim də haldan düşüb. Ona görədə içimdən şeir havası özünü göstərir, axıb gəlir. Mən də o havanı olduğu kimizümzümə edirəm.

Bir ağ günün ağduası

Yarpaq, çiçək,bağ duası...

Yer titrədən dağduası-

Dilimdən əskikolmasın!

Bir sevgininnişan günü

Xoşbəxtliyindaşan günü...

Qəmi ötüb aşangünü-

Elimdən əskikolmasın!

Ay gözəl qız,nazlı gəlin

Məni etdin Məcnun-dəlin!

Nə qədər ki,varam əlin -

Əlimdən əskikolmasın!

İstənilənhalda başlanılan iş yarımçıqqalmamalıdı. Əgər yarımçıq qaldısa, bunun həm acısı, həm fəsadları, həmsorğu-sualı o qədər bol olur ki, az qala batmanla ölçməli olursan. Ona görəçalışıb başladığın işi sona çatdırmalısan, axırına çıxmalısan."Qulp"un aparıcısı Mübariz müəllim demişkən, axıra özün çıxmalısan. Yənikimsə bizim axırımıza çıxmamalıdı!..

Məhz buparametrlə yanaşanda düşünürəm ki, yazı yazmaq da işdi. Əgər onu yazmağabaşlamısansa, nöqtəni yarımçıq qoya bilməzsən. Dünyaya gələn yazı səninövladındı. Onun doğumunu gecikdirmək cinayətdi. Mən də günahlarım çox olsa da,boynuma təzə bir günah götürmək fikrində deyiləm. Bu səbəbdən də yazımın necəalındığını düşünmək gücüm zəif olsa da, bilirəm ki, bura qədər yazdıqlarımınhamısı mənim durumumun, yaşamımın ifadəsidi. Ona görə də oxuyan olsa mənigözünün önündə görə biləcək. Bu isə işin ən azından yarısı deməkdi. Çünki mənimçalışdığım həm göründüyüm, həm də olduğum kimi olmaqdı. Buna nail ola bilsəm,onda əlimi ürəyimin üstünə qoyub sizdən günahlarımın bağışlanmasını rica etməyəyəqin ki, haqq qazana biləcəm. Doğrudur, bu böyük iddiadı. Amma neyləyim ki,general olmaq istəməyən əsgər elə əsgər olaraq qalır. Mən isə...

Bəli, mən buyazıda nəsə deməyə çalışdım. Amma o dediklərimin hər birinin həm arxasında, həmdə içərisində nələrin olduğunu bilənlər bilsə də, bilməyənlər üçün deyim ki, hələki, dözümüm tükənməyib. Dözümlü xalqın övladı olduğumdan hər gün özümü yenidözümlərə, yəni sınmamağa, əyilməməyə hazırlayıram, daha doğrusu kökləyirəm.İstəmirəm kökdən düşəm. Çünki:

Köhnə dəyirmankimiyəm

Daş da, qum daüyüdürəm...

Dərdi xırmanda ələyib-

Sonra şumdaüyüdürəm...

Dünyaya qoşavarmışıq

Aramızda varbarışıq...

Dərdin meyvəsiqarışıb-

Hərdən tum daüyüdürəm!..

Çox illər versəmdə yelə,

Ümidim solmayıbhələ...

Özüm mum olsamda belə-

Vallah mum daüyüdürəm!...


Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV