YADDAŞ YAZISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61350 | 2015-08-27 18:25

Yaddaşımda birtarix var. Belə baxanda zaman etibarı ilə o qədər də uzaq tarix deyil. Amma birməsələ var ki, bu tarix təkcə mənim yaddaşımda qalmayıb. Həm də o günün, ohadisənin iştirakçılarının və bir də Azərbaycan oxucusunun yaddaşında həkkolunub. Çünki söhbət xalqdan, onun tarixindən, onun torpağından, onunQarabağından gedir. Deməli, belə olduğu halda nəyisə unutmaq, nəyisə yaddaşındansilmək mümkün deyil. Ən pis halda günü, saatı səhv salmaq olar. Amma tarix...

Bu tarix mənimyaddaşıma Qarabağ adı ilə yazılıb. Özü də Dağlıq Qarabağ adı ilə. Çünki hadisələrindalğasında Azərbaycan mətbuatının sırasına bir qəzet də əlavə olunurdu. Və bu qəzeto vaxtki idarə üsulunun, yəni təşkilat komitəsinin rəsmi orqanı olsa da, əslindəyazıları ilə, sözü ilə, faktları təqdim etməyi ilə o rəsmi orqanın demək istəmədiklərinidə, xalqdan gizlətmək istədiklərini də xalqa çatdırırdı. Və birmənalı şəkildədemək olar ki, qəzet daşıdığı ada uyğun olaraq Qarabağın hər kəndini, hər küçəsini,hər kiçik hadisəsini belə öz səhifələrinə çıxarırdı, oxucuya çatdırırdı,tanıdırdı. Bax onda, yəni 1990-cı ilin iyununda qəzet fəaliyyətə başladığızamanda mən onunla tanış oldum. Dost-tanışdan adını eşitdiyim Salman Alıoğlu ilə"Qarabağ"ın dəhlizində görüşdüm. Bir az ayaqüstü söhbət etdik. Qəzetinredaktoru Çingiz Tofiqoğlu, redaktor müavini Əli Mahmud, mərhum jurnalistdostumuz Sarvan Ağayev və digər əməkdaşlarla birlikdə Qaraqar çayının sahilindəkiyeməkxanada bir nahar süfrəsi açdıq. Məhz həmin o süfrənin ətrafındaetdiyimiz söhbət bizi bir-birimizə dahada yaxınlaşdırdı. Barəsində danışdığım adamların içərisində öncədən Əli Mahmudutanıyırdım. Digər həmkarlarım ilə isə ilk dəfə idi görüşürdüm. Buna baxmayaraq,məclisdəki aura o adamları mənə xeyli yaxınlaşdırdı. Düşünürəm ki, elə məni dəonlara yaxınlaşdırdı. Ona görə ki...

"Qarabağ"la əməkdaşlığa başladım və bu redaksiyadaodduğum hər bir anı indi ən xırda nöqtələrinə qədər gözümün önünə gətirib ürəyimdəpıçıldayıram:

- Kimlər vardı,kimlər yoxdu... Kimlər gəldi, kimlər getdi...

Bəli, bizAğdamda görüşdük... Ağdamda çörək kəsdik... Ağdamda sözün işığına yığışıb sözünən incə çalarlarına qədər araşdırmalar aparmağa, araşdırdıqlarımızın içərisindəkigerçəyi ortaya qoymağa çalışdıq. Bunu təkcə sözün xətrinə, qələmin xətrinə etmədik.Bunu həm də bir-birimiz üçün, bizi oxuyanlar üçün, bizdən, daha doğrusu"Qarabağ"dan ümid gözləyənlər üçün etdik. İndinin özündə də, yəniözümlə tək qalanda da o anları düşünürəm və qəzetin əməkdaşlarını Xankəndindəntutmuş Dağlıq Qarabağın ən ucqar kəndlərinə qədər necə gedib gəldiklərini, hadisəyerlərinə özlərini necə çatdırdıqlarını düşünür və bəzən bu gerçəyə inanmaq istəmirəm.Ən azından ona görə ki, bu adamlar, eləcə də Salman Alıoğlu bilə-bilə, dərk edə-edəgüllənin qabağına gedirdi və bilirdi ki, ordan özü yox, cismi qayıda bilər,özü də çiyinlərdə. Amma gedirdi. Və bu gedən oğlanları, bu qələm adamlarını həminam, həm sevgi, həm də qeyrət özü ilə götürüb aparırdı hadisə yerlərinə. Nə isə...

Bəli, beləcəbaşladı Salman Alıoğlu ilə dostluğumuz. İş elə gətirdi ki, Ağdamda onun ətrafındakıadamlarla da tanış ola bildim. Onun oturub-durduğu insanları da tanıdım...Özünü, ailəsini, doğmalarını özümünkülər kimi qəbul edib hörmət və ehtiram göstərdim.Və bütün bunlar da bir halallıqdan, bir ünsiyyətdən bəhrələndiyi üçün mənədaxili bir rahatlıq bağışlayırdı. Anlayırdım ki, Salman da, onun çevrəsi dəhansı yanğı ilə, hansı diqqətlə mənə yanaşırlar. Və deməli, bu qarşılıqlıdoğmalıq bizim alın yazımıza, taleyimizə çevrilirdi. Bir-birimizisoraqlayırdıq, bir-birimizi axtarırdıq, bir-birimizdən nigaran qalırdıq. Yaxşıyadımdadı ki, 1991-ci ilin oktyabr ayının 30-dan 31-ə keçən gecə doğulduğum kəndişğal olunan tarixdə məni soraqlayanlararasında birincilərdən biri də Salman Alıoğlu idi. Məni, ailəmi evinə dəvət edən,Ağdamda sığınacaq yaratmaq istəyən adamlar arasında Salman da var idi. Bax,bütün bunlar həmin o dediyim qarşılıqlı diqqətin bəhrəsi idi. Yəni mən birmənalışəkildə əmin idim ki, güvəndiyim adamların arasında Salmanın öz yeri var vəbunu zaman da sübut etdi. Təsəvvür edin ki, 1990-cı ilin yayından bugünə qədərbiz söz meydanında, yazı-pozu aləmində yanaşı addımlayırıq. Bir redaksiyada işlədiyimizgünlər də olub. İndiki kimi hərəmiz müxtəlif mətbu orqanı təmsil etdiyimiz günlərdə var. Amma mətbu orqanlardakı dəyişikliyə baxmayaraq, biz dəyişməmişik. Bizelə əvvəlki adamlarıq - izləyirəm, görürəm, duyuram, eşidirəm. Salman da elə həminadamdı. Sadəcə bir az yaşlaşıb, üstəlik baba olub. Bu da zamanın hökmüdü, illərinbəhrəsidi. Bundan incimək, bundan gileylənmək bizlik deyil. Bizlik olan odu ki,60 yaşının əlini bir-iki gündən sonra sıxacaq Salman Alıoğlu Azərbaycanjurnalistikasında imzasını tanıdıb, təsdiqləyib. Təkcə publisist kimi yox,nasir kimi də onun zamanın ağrılarını ifadə edən hekayələri yaddaşlarayazılıb. Bu imza altında olan istənilənmövzu daha çox Qarabağla, onun ağrılı-acılı taleyi ilə, onun sevincli, ümidli məqamlarıylavə bir də gələcəyə olan böyük inamla elə qaynayıb-qarışıb, elə bir-birinəsarmaşıb ki, onları ayırmaq, onları duymamaq mümkün deyil.

Təbii ki, SalmanAlıoğlunun qələminin uğuru hadisələrinşahidi və iştarkçısı olmasındadı. Yəni o, nəyi yazıbsa görüb, şahidi olub vəona həm bədii, həm də gerçək don geyindirib. Nəticədə Salmanın yazdıqları gerçəyinbədii ifadəsinə çevrilib.

Bəli, 60 yaşınınəlini sıxan, ürəyi ümidlə, od-alovla dolu olan və nəhayət bir qələm adımı kimişəxsiyyətini qorumağı bacaran Salman Alıoğlu mənim nəzərimdə bir söz qalasıucaldır. O hələ bu qalanın ilk qatlarındadı. Amma hörülən hörgü, yəni üst-üstəqoyulan söz kərpicləri uzaqdan görünür. Bu artıq az iş deyil. Əksinə, böyük birişin uzaqlara düşən işığıdı. Mən bu yolda, bu işığın altında SalmanAlıoğluna 60 yaşın samballı böyüklüyünü,bar-bərəkətini və nəhayət, dözümünü arzu edirəm. İnanıram ki, hər gün üzüAğdama boylanan və nəzərlərini ordan da Şuşaya tərəf yönəldən Salman Alıoğlutezliklə Ağdamdan, Şuşadan da reportajlar yazacaq. Azadlığın, yənitorpaqlarımızın işğaldan xilasının müjdəçilərindən biri olacaq. Bu yolda onauğurlar və bir də "60 yaşın mübarək!" demək mənim üçün də xoşdu. Axıdostumun yubileyidi!!!

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV