adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ASTROLOGiYA: ELM, YOXSA ŞARLATANLIQ?

OQTAY SALAMOV
25904 | 2012-09-22 04:57
Adətən şənbə nömrəsinə müəllif yazıları yazıram. Bir neçə dəfə hazır materiallardan müəyyən məqamlarda istifadə də etmişəm. Amma bu gün sırf tərcümə etdiyim materialı təqdim etmək istəyirəm. Səbəbi aydın olsun gərək, hər gün özlərini astroloq kimi təqdim edən şarlatanların hətta az qala rəsmi qəzet və jurnallarda ən azından qoroskopları gözümüzə soxulur. Televiziyalarda sağlamlıq və mətbəx verilişlərinin reklam pauzaları bu fırıldaqçıların materialları ilə doldurulur. İnternetdə saysız-hesabsız saytları var. Bu mənada Minir Murzin adlı müəllifəin rus saytlarının birindən götürdüyüm yazısını tərcümə edib təqdim etməyi qərara aldım.
   
   Mənim babamın, əqidəli evolyusionist (təkamül nəzəriyyəsi tərəfdarı) və allahsız kişinin kitabxanasında okkultimzin (mistik təsəvvürlərlərdə: fövqi-təbii, üxrəvi, axirət ilə bağlı olan) müxtəlif sahələri ilə bağlı köhnə kitablara rast gəldim. Astrologiya ilə bağlı kitablar məni ovsunladı! Gələcəyi haqda məlumat almaq kimin üçün maraqsız ola bilər ki? Mən əlimdə olan materialları və sonradan əldə etdiyim bütün materialları öyrəndim, nəhayətdə astroloq oldum.
   
   Amma mənim bütün şeyləri sistemləşdirmək şakərim var. Mən astroloji fərziyyələrlə (əgər adamın doğulan an planetlərin düzümü elədir ki, bu adam romantizm və ya minlərlə digər xüsusiyyətlərə malik olacaq) qane olmadım. Qane olmadım; müxtəlf kateqoriyalar üzrə adamlar-yazıçılar, musiqiçilər, siyasətçilər, alimlər haqda ayrıca qovluqlar açdım. Tanınmış filokartist, alim, coğrafiyaçı Nikolay Spridonoviç Taqrin məni öz dostu, alim coğrafiyaşünas və astologiyanın tədqiqatçısı ilə tanış etdi. Bilirsiniz, astroloqların olduğunu eşitmişdim, amma sizlərdən heç biriniz astrologiyanın tədqiqatçıları haqda eşitməmisiniz? Çətin! Amma elələri var!
   
   Bu astrologiya tədqiqatçısı cavanlıqda özü də astroloq olub, amma dünya alimlərinin çoxlu materiallarını yığandan sonra (o bir çox dünya coğrafiya cəmiyyətlərinin üzvüdür) başa düşüb ki, yanılır. Özünü astrologiya üçün dəfn edəndən sonra astrologiyanın tədqiqatçısı kimi qalır. Bu müdrik və açıqürəkli adam bir dəfə də olsun mənə astrologiya əleyhinə heç bir söz demədi! İnandırdı ki, öz təcrübən daha qiymətlidir.
   
   Mən ondan Nobel mükafatçıları laureatlarına aid olan kartotekanı xahiş etdim. Elələrinin sayı 750 nəfərdən artıqdır. Qərbli alimlər bizim corafiyaçıya bütün nobel mükafatçılarının qoroskopları ilə kömək edirlər. İndi bu dəfinə mənim stolumun üstündədir. Və mən bu laureatların doğum tarixləri ilə (orada hətta doğum vaxtı da göstərilib) düzüm. Astroloji terminlərlə mövzunu mürəkkəbləşdirmək istəmirəm, başa düşülən dildə danışmaq istəyirəm.
   
   Tarixlərlə düzümü qurtaranda ilk nokdaunu aldım. Faktiki olaraq bu nokaut idi, amma çalışdım ki, bunu gizlədəm və hiylə işlədib nokdaundan çıxmaq istədim. Yəni, dedim ki, bu ancaq alimlərdir, başqa qrupdan olanların sənədlərinə də baxmaq lazımdır. Beləliklə nokdaun onunla başa çatdı ki, mən nobel mükafatçılarının həyatlarında heç bir qanunauyğunluq tapa bilmədim. Onların hamısı müxtəlif ulduzların altında doğulmuşdular və müxtəlif günlərdə doğulmuşdular. Özü də müxtəlif vaxtlarda, yəni bütün il müddətində müxtəlif idilər. Məgər bu astrologiyanın şapalağı deyil?!
   
   Amma mən davam etdim. Vətəndaş aviasında işləyəndə çox uğurlu materialı, təyyarəçilər üçün qoroskopu öyrətməyə başladım. Amma bu sovet vaxtı idi, orada astrologiya cəhalət sayılırdı. Amma əminəm ki, bir çox kreml qocaları qoroskoplara baxırdılar! Beləliklə, fikir əla fikirdir, amma təyyarəçilər üçün qoroskopu haradan tapım?
   
   Məni bircə o ruhlandırırdı ki,bilirdim ki, təyyarəçilərin çoxu mövhumatçı olur. Bir dəfə mən təyyarə komandirləri üçün aviasiya təhlükəsizliyi haqda mühazirə oxuyurdum. Onda bir təyyarəçi mənə sual verdi ki, mən astroloji proqnozlara inanırammı? Dedim ki, bu haqda kifayət qədər materialım yoxdur. Onda o mənə "İMPAKT" jurnalını verdi. Orada amerikan tədqiqatçısının məqaləsində təsdiq edilirdi ki, ən çox Əqrəb bürcü altında doğulan təyyarəçilər qəzaya uğrayırlar.
   
   Mən aldığım nokdaunu unudub yenidən məqalədən qanadlanmağa başladım. Həm də başa düşdüm ki, öz astroloji axtarışlarım üçün nə isə edə bilərəm. Mühazirədən sonra mən MQA-nın hüquq şöbəsinin rəisi Stanislav Maksimoviç Yefimmurkin yanına getdim və çox əla şəkildə hirsləndiyimi oynadım: "Bu nə mövhumatdır, bizim təyyarəçilər astrologiyaya inanırlar! Nə isə eləmək lazımdır!"
   
   Və mən belə plan təklif etdim: Aviasiya Nazirliyinin bütün idarələri və müəssisələrinə, bütün uçuş heyətinə və Dİİ xidmətinə anket blankları göndərməli. Bu anketdə anket dolduranın dəqiq doğum vaxtı (günün hansı vaxtı) da göstərməlidir. Təkcə tarix yox, həm də doğum saatı da. Alınmış anketlərin analiz edəndən sonra mən Yefimurkini inandırdım ki, VA idarəsinə informasiya xarakterli məktub göndərək.
   
   Bilirsiniz nəticə necə oldu? Nəticələr məni nokauta saldı... amerikan astroloq səhv etmişdi. Neç bir qanunauyğunluq yoxdur! Və qəzaya düşmüş təyyarəçilər amerikan astroloqunun yazdığı kimi, təkcə Əqrəb bürcündə doğulanlar deyil, bütün il ərzində doğulanlar idi. Hamısı! Mənim üçün tam nokaut oldu. Artıq bütün kitabları və digər materialları atmaq istəyirdim ki, arvadım bu qərardan imtina etməyə çağırdı. Və bir ay müddətində astrologiyaya aid mövzuya toxunmadım.
   
   Amma indi astroloq keyfiyyətində deyil, astrologiyanın tədqiqatçısı rolunda idmançılar haqda materialı öyrənmək imkanı qazandım. Mənim ideyam qoroskoplara inanan İdman komitəsinin bir vacib məmurunun xoşuna gəldi və o məni inandırmağa çalışdı ki, xokkeyçilər adətən aprel ayında doğulurlar. Özü də tanınmış xokkeyçilərin adlarını çəkdi. Mən özümü elə göstərdim ki, inanmıram və o məni kartotekaya buraxdı. İki il axşamlar və istirahət günləri bu kartoteka üzərində çalışdım. İndi mən nəticə haqda tam əmin idim. Elə də oldu- heç bir qanunauyğunluq yox idi. Astrologiya mənim üçün elm olmaqdan çıxdı.
   
   İndi başlıcası. İstənilən elm kəşfə müxtəlif məlumatları öyrənməklə yaxınlaşır. Lomonosov heç vaxt kimyəvi elementlərin dövri cədvəlini kəşf edə bilməzdi. Baxmayaraq ki, intellekt cəhətdən Mendeleyevdən geri qalmırdı. Ona görə kəşf eləmədi ki, kifayət qədər elmi materialları yox idi. Bu hamıya aydındır. Elm dünyasında metodika sadədir, əvvəlcə materiallar kütləsi öyrənilir, sonra nəticə formalaşdırılır.
   
   Bəs astrologiyada? Orada heç bir tədqiqat aparılmadan nəticə formalaşdırılır (məsələn, Əqrəb bürcü altında doğulanlarda ədalət hissi çox olur). İstənilən astroloqdan soruşun ki, bu və ya digər nəticəyə hansı tədqiqatların nəticəsində gəlib. Deyə bilməcək. Bu tədqiqat heç bir astroloqun əlində yoxdur. Mən bir çox astroloqları tanıdığım üçün bunu deyə bilərəm. Hətta tanınmış parapsixoloq Sergey Alekseyeviç Vronski ilə də tanışam.
   
   Niyə mən belə əminliklə deyirəm ki, astroloqlar tədqiqat aparmırlar, birbaşa nəticə söyləyirlər. Məni bu fikrə gətirən, astroloji tədqiqat sahəsində təcrübələrim və səriştəmdir. Mənim bəxtim gətirib ki, alimlərin, təyyarəçilərin, idmançıların qoroskopları ilə tanış olmuşam. Bəs Pavel Qlobu və digər şarlatanlar bu zəngin materialı haradan ala bilərlər? Neç haradan!
   
   İndi beş dəqiqəliyə təssəvür edin ki, hələ astrologiya yoxdur. Təsəvvür etdiniz? Əla! Başınız üstündə ulduzlu göydür. Bir gün ağlınıza gəlir ki, göy adamların taleyidə, adamın xarakterinə təsir göstərə bilərmi? Əsl alim nə eləyir? O, bir adamın doğum vaxtını götürür və bu adamın ölməsini gözləyir. Elədir? Başqa cür ola bilməz axı. Amma bu da azdır. Alim bu adamın bütün həyatını öyrənməlidir! Yaxşı,öyrəndi. Bəs adam öz həyatını öyrənə bilər? Tutaq ki, 100 adamın həyatını öyrəndin. Bu qədər az materiala hansı nəticəyə gəlmək olar ki, qanunauyğunluqdan danışasan?..
   
   Klassik astrologiya tələb edir ki, astroloq adamın doğulma vaxtını 2 dəqiqə plyus-minusla dəqiq öyrənsin. Onlar deyirlər ki, saat 2.00-da doğulanla 2.03-də doğulan adam arasında fərq var, yəni fərq var. Əla!
   
   Onda astroloq hər bir adamı 15 768 000 vaxt mövqeyindən tədqiq etməlidir. Bu rəqəm haradandır? Tutaq ki, adam 1995-ci ildə doğulub. Bu ancaq bir mövqedir və onunla qoroskop tərtib olunmur axı. 1995-ci ildə 365 gün vardı. Burada hər gün üçün qoroskop tərtib olunur. Bu cəmi 365 gündür. Amma astroloqlar deyirlər ki, təkcə doğum günü kifayət deyil, 2 dəqiqə plyus-minusla dəqiq doğum vaxtı tələb olunur. (Daha sonra mürəkkəb hesablamalar təsvir olunur və sübut olunur ki, astroloqluq fırıldaqçılıqdır).
   
   Bir halda ki, bu materialları əldə etmək mümkün deyil, deməli, astroloqluq şarlatanlıqdır.
   
   Meteorologiyanı götürün. Heç bir meteoroloq deyə bilməz ki, 25 oktyabr 2015-ci ildə hava necə olacaq. Çünki meteoroloq alimdir. Vicdanlı alimdir. Amma astroloq deyə bilər. Astroloqun proqnozundan sonra biz gülə bilərik...
   
   Mənə həmişə maraqlı görünüb ki, nəyə görə həkimlər arasında astrologiya tərəfdarları az olub? Axı həkimlər həmişə adamlarla təmasda olurlar. Tədqiqat üçün əla materialdır axı. Həkimlər qəribə təsadüflər və üst-üstə düşmələrlə rastlaşır. Amma astroloq olmurlar! Məni bu heyran edirdi. Amma sonra başa düşdüm ki, yaxşı həkimə onun təhsili və intellekti imkan vermir ki, astrologiyaya yuvarlansınlar. Həkim möcuzə yaradanlara inanmır. O illərlə tədqiq olunmuş simtomlara inanır. Amma astroloqlar aktyor Avilovu müalicə etdikləri akimi müalicə etmək istəyirlər...
   
   Material mənə maraqlı göründüyü üçün tərcümə etdim. Güman edirəm ki, fırıldaqçıları tanımaq üçün faydalı ola bilər...

TƏQVİM / ARXİV