adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Avqust 2015 17:57
4646
MƏMLƏKƏT
A- A+

20 gün ac qalan icra başçısı kim olub?

” Torpaqlarımızın azadlığı uğrunda hər 6 -nəfərindən biri şəhid, hər 3-nəfərindən biri kəllə-beyin travması alan, 3 -nəfər Azərbaycanın "Milli Qəhrəmanı”, 4-nəfəri "Azərbaycan Bayrağı” ordeni, 2-nəfəri "Vətən Uğrunda” medalı ilə təltif olunan Laçın Polis Batalyonuna bütün döyüş vaxtı rəhbərlik edən hər birmizin fəxri Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov sıradan olan bir icra başçısı deyil”.

Bu sözləri Avrasiya.net-ə açıqlamasında "Laçın” Futbol Klubunun baş məşqçisi Abuzər Nadirov bildirib: "O, böyuk vətənpərvər, əsil dövlət adamıdır və onunla göruş hər bir insanda böyük ruh və özünəinam yaradır. Onun rəhbərliyi altında Qarabağ müharibəsi zamanı Laçın Polis Batalyonu şərəfli bir döyüş yolu keçmiş peşəkar bir hərbi hissəyə çevrilərək düşmənə ağir zərbələr endirib. Laçının işğalından sonra Kəlbəcər istiqamətindən Laçın ərazisinə daxil olan polis batalyonu rayonun böyuk bir hissəsini duşməndən azad etdi. Uğurlu Hoçazdağ əməliyyatı keçirərək, yüksəkliyi duşməndən azad etdi və bu ərazilərə nəzarəti ələ keçirdi. Bu isə birbaşa Akif müəllimin peşəkarlığı və rəhbərlik etdiyi batalyonda yaratdığı nizam-intizam ilə əlaqədar olmaqla yanaşı, öz əsgərləri ilə bir dost və doğma insan kimi davranması idi. Müstəqilliyimizin ilk dövrləri ölkəmizdə baş verən məlum hadisələrdə Akif muəllimin rəhbərlik etdiyi Laçın Polis Batalyonu daima dövlətimizin və dövlətçiliyimizin yaninda olmuş, öz peşə fəaliyyətlərini şərəflə icra ediblər”.

akif2Abuzər Nadirov Akif Səlimovun ölkəmiz üçün göstərdiyi xidmətlərin ölkə rəhbərinin də diqqətindən kənarda qalmadığını və onu Laçın Rayon İcra Hakimyətinin başçısı təyin edilməsini buna misal olduğunu bildirib: "Akif muəllimin fəaliyyəti zamanı onun qaldırdığı məsələlər tək Laçın rayonu üçün deyil, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edib. Xüsusilə işğal rayonundan olan gənclərin hərbi məktəblərə yönləndirilməsi "Hər ailədən bir zabit” deviziylə çıxışı bu gün bəhrəsini verməkdə davam edir. Misal olaraq qeyd edim ki, mənim qohumum Murad Abbasov bu çağırışa qoşularaq, bu il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Bu gənc hərbçilər gələcəyin generalları, böyük qələbənin möhkəm bünövrəsidirlər. Rayonumuzda apardığı fədəkar işlər üçün Akif muəllimə dərin minnətdarlığımı bildirirəm. İnşaallah torpaqlarımızın azadlığı üçün Ali Baş komandanın əmri ilə başlanılacaq müqəddəs yolda hər birimiz təcrübəli komandirin yanında olacağıq”.

Baş məşqçi Akif Səlimov haqqında bəzi qərəzli yazılar yazanlara komandirin döyüş yoldaşı Şumşad Nadirovun A.Səlimovun haqqındakı fikrini oxumaği məsləhət görür: "… On beş gündən çox idi ki, yol bağlanmışdı. Mən Akif müəllim və bir neçə döyüş yoldaşımla Pircan kəndində qurduğumuz qərargahda idik və ərzaq tükənmək üzrə idi. Demək olar ki, ac idik. İyirmi gün çörək dilimizə dəymədi və təbiətdən tapdıqlarımızla qıdalanırdıq. Ancaq qəlbimizdəki vətən sevgisi və qələbə əzmi ən yüksük mərhələdə idi. Bu ruhu bizdə yaradan, bizimlə birgə hər an bir yerdə olan 20 gün çörək dilinə dəyməyən cənab polkovnik Akif Səimov idi”, – deyə Qarabağ döyüşçüsü xatirələrindən yazıb.

akif1Onu da qeyd edək ki, təqdim etdiyimiz bu foto 1993-cu il Horadiz əməliyyatı öncəsi Ulu Öndər Heydər Əliyevin apardığı hərbi müşavirədən sonra Daxili Qoşunların Komandanı general-mayor Ramiz Məmmədov, qərargah rəisi polkovnik Zahid Teymurov və birləşmiş polis qüvvələrinin komandiri polkovnik Akif Səlimov hücum əməliyyatını müzakirə edərkən çəkilib.

Bu fotofakt onu deməyə əsas verir ki, bu gün A.Səlimovu yerli mediada tənqid edənlər, ona şər-böhtan atanlar icra başçısının döyüş yoluna nəzər yetirməlidirlər.  Bu insanlar hələ də anlamırlar ki, Qarabağ düşmən tapdağı altındadır və bu səbəbdən hər bir insan prezidentin, onun yerlərə təyin etdiyi icra başçılarının ətrafında sıx birləşərək, mənfur ermənilərə qarşı bütün cəbhələrdə döyüşməlidirlər. Bu insanlar hələ də anlaya bilmirlər ki, döyüşlərdə can qoymuş oğulların dəstəkçisi olmaq, onlara yardımçı olmaq lazımdır. Xüsusən də belə birisi icra başçısıdırsa, həmin dəstək ikiqat olmalıdır.

akif3Çünki Qarabağ döyüşlərinin alvolarından çıxmış belə icra başçıları heç bir zaman elinə, obasına xor baxa bilməz. Əksinə, o, doğma torpaqlarının üzərində yaşayan hər bir insanın yardımçısı olmağa, onların problemlərinin həll edilməsinə çalışar. Laçının icra başçısı Akif Səlimov bir icra başçısı kimi yox, bir insan, bir laçınlı kimi, ən maksimal halda həmyerlilərinin yanında olub, onlara dəstək verir. O, Prezidentin səlahiyyətli nümayəndəsi kimi, dövlətin ayırdığı vəsaitlərin hesabına mümkün qədər laçınlıların dərdlərini sarımağa çalışır. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir.