adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Avqust 2015 12:50
12295
MƏMLƏKƏT
A- A+

İnsan alverinin qarşısının alınması məqsədilə tədbir - Şuranın dəstəyilə

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cəmiyyətimizi insan alveri qurbanı olmaqdan qoruyaq” adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi insan alverinin azaldılmasına qismən nail olmaqdır. İnsanların zərərli adətlərdən və cinsi istismara məruz qalmaqdan özlərini qorumalarına daim hazır olmaları üçün maarifləndirməkdən ibarətdir.

qhtxeber.az-ın məlumatına görə, birlik layihə çərçivəsində Bakı şəhərində, Sumqayıtda, Qubada və Qusarda eyniadlı adlı maarifləndirici tədbir keçirib.
Giriş sözü ilə layihənin rəhbəri Mehriban Abdullayeva çıxış edərək layihə haqqında geniş məlumat verib.

M. Abdullayeva insanın ən yüksək kapital olmasından, gənclərin mənfi təsirlərdən qorunmasının əsas vəzifələrdən olduğundan danışıb. Sosial şəbəkələrdən düzgün yararlanmamağın, valideyn məsuliyyətsizliyinin və məktəblərdə bəzi müəllimlərin öz vəzifələrinə diqqətsiz yanaşmalarının qarşısının alınması məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu deyib.

Layihə rəhbəri həmçinin qeyd edib ki, müasir dövrümüzdə respublikamızda elmin, təhsilin inkişafına geniş imkanlar yaradılıb. Bu imkanlardan yararlanmaq, dövlətimizin inkişafına xidmət etmək bu günümüzün amalıdır. M. Abdullayeva gəncləri bu amala xidmət etməyə çağırıb.

Tədbirdə DİN-in əməkdaşı polis polkovnik - leytenantı Orxan Səfərov, leytenant İlham Rəhimov iştirak ediblər.

Tədbirdə insan alverinə qarşı mübarizə haqqında geniş maarifləndirici məlumatlar verilib.