adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Obamaya qardaz məsləhəti!

FƏRHAD ŞABANOV
28019 | 2012-09-15 00:13
Amerikada bir film nümayiş etdirildi. Filmin mövzusu İslamı hədəf alır. Daha doğrusu təhqir edir. Belə bir provakativ filmin əks-sədası Liviyadan gəldi. Amerikanın Liviyadakı səfirini və səfirlikdə işləyən 3 nəfəri öldürdülər. Ölmədən öncə səfirin çəkilən son şəkli ibrətamizdir. Necə ki, Qəddafini yaralı-yaralı sürüyüb ölümə tərk etmişdilərsə - Amerikanın dəstək verdiyi muxaliflər - elə həmin cür də Amerikanın səfirini sürüdülər. Ancaq bu dəfə sürüyən İlahi Ədalət idi zənnimcə. Allahın sopası yoxdu deyirlər. Məncə var, ilahi ədalət deyilən bir anlayış varsa elə bunu Allahın sopası olaraq anlamaq lazımdı!
   
   İgilislərin Independient qəzetində bu haqda bir məqalə dərc olundu. Kokborn məqaləsində yazır ki, "müxaliflər deyiləndən daha barbar, anarxist və vəhşidirlər. Əgər NATO-nun hava dəstəyi olmasaydı Qəddafi bunların canını 1-2 həftəyə alardı. Qəddafi rejimi dağıldıqdan sonra müxaliflər təcavüzkarlara çevrildilər. Hər şeyə təcavüz edən vəhşilər, dəli yığını."
   
   Həmin qəzetin bir başqa yazarı Fisk deyir ki, "Qərbdə atılan bu cür addımlar (İslamı hədəf alan filmlər, karikaturalar, Quranı yandırmaqları) İslam dünyasında həmişə ixtişaşla nəticələnir. Hətta filmin rejissoru deyib ki, mən bu filmi bilərək ara qarışdırmaq üçün çəkdim. Sən bunu deyərkən düşünməliydin, müsəlmanlar dinləri barədə belə fitnələri qəbul edə bilmirlər. Ya kimisə öldürürlər, ya haranısa partladırlar. İslam şiddətin ön planda olduğu, ölümlərin daha məqbul sayıldığı bir dindir. Ancaq biz xristianlar da süddən çıxmış ağ qaşıq deyilik. Parisdə bir kinoteatrda İsa ilə bir qadının sevişmə səhnələri olan bir film nümayiş etdirildikdən sonra radikal Xristianlar o kinoteatrı yandırdı."
   
   Bunlara bənzər yazılar Guardian və Qərbin öndə gələn başqa qəzetlərində də dərc olundu. Yaman peşmandılar. Çünki 4 dənə Amerikalı ölüb. Ancaq dəstək verdikləri Ərəb Baharında 40 minə yaxın insan öldü, 70 minə yaxın insan yaralandı. Məncə o bədbəxt ərəblər demokratiyanı bu cür fikirləşmirdilər. Ərəb Baharı yaşanan ölkələrin heç birində nə sakitçilik, nə qayda-qanun, nə də ölkənin sahibi var.
   
   İndi gələk sürünərək öldürülmüş səfirin bu hadisədə nə günahı varıydı məsələsinə? Deyirlər o səfir nə etsin ki, hansısa ağılsız bir rejissor İslamı təhqir edən kino çəkib. Düz deyirlər "rəhmətlik" səfir o kino ilə bağlı heç nə edə bilməzdi. Ancaq Liviyadakı bu çaxnaşma ilə bağlı o səfirin təmsil etdiyi ölkənin çox böyük əməyi var. Hansı ki, bu çaxnaşma və sahibsizlik öldürdü o səfiri.
   
   Həmin səfir Liviyada Amerikanın xarici siyasətinin təmsilçisi kimi fəaliyyət göstərir. Əgər sənin təmsil etdiyin dövlət bu ölkənin başına vəhşi yığınını layiq görübsə, sən etiraz edə bilərsən və bu vəzifədən imtina edə bilərsən. Ancaq "rəhmətlik" Liviyada Amerikanın səfiri vəzifəsindədirsə, deməli Amerikanın siyasətini dəstəkləyir ki, o vəzifəni qəbul edib. Özümdən Amerika çıxartmıram. Amerikanın siyasəti budur - daha çox insan ölsün, daha çox silah sataq, neft rezervi olan ölkələr nəzarətimiz altında olsun. Bəzən bir fakt söz yığınından daha açıqlayıcı olur.
   
   Amerika Vietnam müharibəsində Hindiçin üzərinə 7 milyon ton bomba atdı. Bu İkinci Dünya Müharibəsində İngiltərə üzərinə atılan bombaların 80 qatıdır və 1945-ci ildə Yaponiyaya atılan atom bombasının 300 dənəsinə bərabərdir. Vietnamda nəsillər boyunca münbit torpaq deyilən bölgə olmadı və torpağın Ayın səthi ilə heç bir fərqi yoxdur. Orda vəziyyət necə yararsızdırsa, burada da elə! Amerikanın prezidentləri Truman, Eysenovr, Kennedi, Conson və Niksona heç vaxt çatmadı ki, Vietnamdakı müstəqillik mübarizəsidir və sona qədər davam edəcək.
   
   (Faşist Hitler daha qəddar və acımasız idi, yoxsa bizim demokratiya müdafiəçiləri, insanın beynində sual işarələri yaranır.)
   
   Görünür ki, heç indiki prezidentlərə də çatmır. Tarixdən dərs götürmürlər. Albert Kamyu deyir ki, bir ölkəni tanımaq üçün həmin ölkədə insanların necə öldüyünə baxın. Yeni rejimlə birlikdə Liviyada Qəddafini və Amerikanın səfirini sürüyüb öldürdülər. Mən Qərbli liderlərə, xüsusilə də böyük "simpatiya" sahibi Obamaya məsləhət görərdim ki, yollarını Liviyadan salmasınlar. İşdi birdən bizim dildə başa düşməz qoy öz dilində də yazım.
   
   Mr. Obama, it is better for you not going to Libya. They may drag you to death.

TƏQVİM / ARXİV