adalet.az header logo
  • Bakı 20°C
27 Avqust 2015 12:34
4600
ƏDƏBİYYAT
A- A+

İordaniya Yazıçılar və Şairlər Birliyində əməkdaşlıq görüşü

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin Yazıçılar və Şairlər Birliyinin sədri professor Alyan Əl-Odvan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin tarixindən danışan səfir qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin gələcəkdə daha da inkişafına zəmin yaradır.

Sabir Ağabəyov İordaniya və Azərbaycan yazıçılar təşkilatları arasında imzalanmış əməkdaşlıq haqqında sazişin qardaş xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsində böyük töhfə verəcəyini vurğulayıb. Bu fikrə şərik çıxan A.Əl-Odvan əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Sonda sədrə Azərbaycan ədəbiyyatından nümunələr, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini əks etdirən qiymətli hədiyyələr təqdim olunub.