adalet.az header logo
  • Bakı 20°C
27 Avqust 2015 12:26
5903
ƏDƏBİYYAT
A- A+

Əlibala Hacızadənin yubiley sərgisi açıldı

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yubiley sərgiləri çərçivəsində bu dəfə görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 80 illiyi münasibətilə "Əlibala Hacızadə-80” başlıqlı kitab sərgisi açılıb.

Kitabxanadan Adalet.az-a bildirilib ki, sərgidə nasirin Azərbaycan və rus dillərində əsərləri, haqqında yazılan, "Ön söz” yazdığı, redaktoru olduğu kitablar, dövri mətbuat materialları sərgilənib.

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Əfqanıstanda mütərcimlik edib (1966-1970). "İtkin gəlin" romanı da məhz Əfqanıstandakı hadisələr əsasında qaynaqlanıb. 

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir.