adalet.az header logo
  • Bakı 18°C
26 Avqust 2015 18:06
9389
MƏMLƏKƏT
A- A+

Ağdamda seçkilərlə bağlı kurs keçirilib

Ağdam rayonunda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Ağdam-Şuşa-Xocalı-Xocavən və 97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki komissiyalarının üzvləri və bu dairələrdə məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.
Adalet.az-ın xəbərinə görə, kurslar, prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamına uyğun olaraq reallaşıb. Seminar-kurslarda seçki prosesində davranış, KİV-lə işin qurulması, seçki hüququnun qorunmasında dairə və məntəqə seçki komissiyalarının rolu, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında polisin rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, komissiyaların vəzifələri və təşkili haqda bəhs edilib.