adalet.az header logo
  • Bakı 16°C
26 Avqust 2015 16:35
10690
ƏDƏBİYYAT
A- A+

Rəşid Behbudova miniatür kitab həsr olunub

Azərbaycanın nəfis şəkildə tərtib olunan miniatür kitablar silsiləsinə biri də əlavə olundu. Növbəti kitab Azərbaycanın estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudova həsr olunub.
Xalq yazıçısı Elçinin müəllifi olduğu kitab "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" adlanır.

Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.

Kitabda xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Bu miniatür kitab hər bir oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.