adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Avqust 2015 17:14
3861
ƏDƏBİYYAT
A- A+

Qalmaqallı yazıçı yenə dinc durmadı

Rusiyanın qalmaqallı yazıçısı və ictimai xadimi Eduard Limonov yenidən sərt fikirləri ilə gündəmə gəlib. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, öz tvitter hesabında rejissor Oleq Sentsova Şimali Qafqaz hərbi məhkəməsinin 20 il iş kəsməsini alqışlayıb.

"Sentsova 20 il verdilər. Əcəb elədilər! O adam ki, rusları işğalçı adlandırır, deməli 20 ilə layiqdir...”- deyə Limonov yazır.

Yazıçı deyir ki, "düşmən” anlayışı ona görə belə səciyyələnir: "Rusiyanın düşməni mənim düşmənimdir. Bu qədər asan!”

Qeyd edək ki, Sentsov terrorizm və milli ayrı-seçkilikdə təqsirləndirilib. 

Limonov "Başqa Rusiya" adlı təsdiq olunmamış partiyanın rəhbəridir.