adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Avqust 2015 15:23
3980
ƏDƏBİYYAT
A- A+

İtlərin kitab eşqi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan bir qadın hər gün küçə heyvanlarının sığınacağına gələrək itlərə kitab oxuyur. Qadının heyvan sevgisi o qədər güclüdür ki, o bunu itlər özlərini yalnız hiss etməsinlər, darıxmasınlar deyə etdiyini bildirib. İş orasındadır ki, görənlər də itlərin qadına maraqla qulaq asdıqlarını deyirlər. Hətta bir-biri ilə vuruşub, oynaqlaşan, hürüşən itlər qadın əlində kitab içəri girən kimi sakitləşirlər.

Qeyd edək ki, dünya üzrə 7,6 milyon heyvan sahibləri tərəfindən sığınacaqlara atılır. Küçə itləri ilə nisbətdə ev şəraitinə uyğunlaşmış əl itləri belə sığınacaqlarda özlərini çox pis hiss edirlər. Hətta bəziləri qidadan imtina edib, beləcə özlərini ölümə tərk edirlər.