adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Avqust 2015 15:13
3741
ƏDƏBİYYAT
A- A+

Rusiya kitabxanasında nadir türk kitabları tapılıb

Rusiya Dövlət Kitabxanası Şərq Mədəniyyətləri Mərkəzindəki Türkiyə bölməsində Osmanlı dönəminin nadir kitabları üzə çıxıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1828-ci ildən açılmış bölmədə hazırda 15 min kitab, 17 min 500 dərgi və qəzet arxivi var.

Nadir kitablardan biri 1729-cu ildə İbrahim Müteferrika tərəfindən sadəcə 1 ədəd çap olunmuş kitabdır. Bu, İsmayıl əl Cəvhərinin X əsrdə yazdığı kitabdır. XVI əsrdə isə həmin kitabın Müdərris Məhməd əl Vani tərəfindən türkcəyə çevrilmiş "Kitab-i Lügat-i Vankulu”  adlı variantı da mövcuddur.

Kitabxanadakı digər nadir kitab isə ilk şəkilli müsəlman kitabı kimi tanınmış Əmir Muhəmməd əl Məsudinin yazdığı "Tarix-i Hind-i Qərbi” kitabıdır. İslamda yasaq göstərilməsinə rəğmən müxtəlif insan və heyvan şəkilləri ilə bəzədilmiş kitabın o dönəmdə necə çap olunduğu hələ də sirr olaraq qalır.

Kitablar vaxtilə Rusiya Çarlığına hədiyyə edilib.