ÇAŞIB TİKANA GÜL DEDİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
60544 | 2015-08-22 12:14

Səhəri qəribəbir ovqatla açdım. Bakını qarsıyan odun ardınca isti bir külək gəlmişdi. Külək əməlli-başlısəs-küy salırdı. Ona görə də bir gün öncədən taybatay qoyub getdiyim pəncərəni, daha doğrusupəncərəmin önündəki güllərimidüşünüb işə dan yeri söküləndəözümü çatdırdım. Bir növ güllərin harayına tələsdim. Şükürlər olsun ki, bu dəli külək güllərimin "xətrinə" dəyəbilməmişdi. Buna sevindim. Elə bu sevinc hissləri ilə də kövrələndədinlədiyim musiqiləri aramağabaşladım. Bilgisayarın köməyi ilə səsinin vurğunu olduğum mərhumRübabə Muradovanı axtarıb tapdım.Az qala iş saatı başlayanaqədər dinlədim Rübabəni... Ooxudu, mən kövrəldim. Onun xatirələri, əslində isə mənim xatirələrim onun nəfəsində, onun səsindəməni Qarabağa apardı. Hətta Rübabə xanımın Qarabağa səfərini də yadıma saldım. Onun XankəndiMədəniyyət Evindəki ifası qulaqlarımda səsləndi...

Hə, Rübabəoxudu, mən Qarabağı gəzdim. Onun havasını, suyunu, ilin elə bu fəslini, bu gününü yaddaşımdan kağıza köçürməyə çalışdım, amma bacarmadım.Çünki Qarabağın bu günü, bu fəsli kağızaköçürmək üçün deyil, yaşamaqüçündü. Təəssüf ki, mən onu indi yaşaya bilmirəm. Və hətta Rübabə xanımın böyükŞəhriyarın sözlərini özünəməxsus şəkildə mənə hopdurmasına baxmayaraq, mən də bugücsüzlüyümə görə daxilən sızıldadım,ağrıdım. Köməyimə Rübabənin dilində səslənənŞəhriyarın misrası çatdı:

Çaşıbtikana gül dedim...

Hə, çoxlarımızçaşırıq. Çoxlarımız güllə tikanı qarışıqsalırıq. Çoxlarımız gülü tikanın ayağınaaparırıq. Çoxlarımız tikanı güldən öndə görürük. Çünki tikan sanca bilir, ağrıda bilər. Görünür, biz bu səbəbdən dəağrıdan, sancıdan ehtiyatlanıbonu daha öncə görür, daha öncə qiymətləndiririk. Amma gülün solacağı, gülün ətri bizi ikinci səhifə kimi, ikinci qat kimi öz əhatə dairəsində saxlayır və bəzən də bizgülün solmuşuna, ətrini, qoxusunu itirmişəqovuşuruq. Bu bir təsəllidi. Amma həyat təkcə təsəllilərdən ibarət deyil axı. Kimliyindən, hansı mərtəbədə, hansı əqidədəolmasından asılı olmayaraq Allahınyaratdığı bəndə kimi gülü də, tikanı da görmək, qiymətləndirmək hər kəsin, eləmənim də, sənin də borcundur. Axı, borclarımızı nə qədər tez anlasaq, tez ödəsək bir o qədər anlayışlı və bir o qədər də elə xoşbəxt ola bilərik.

Söhbət təkcə var-dövlət, vəzifə xoşbəxtliyindən getmir. Söhbət içrahatlığından, həyat eşqindən, ətrafıanlamaqdan, ətrafa açıq olmaqdan gedir. Qapalı olduqca hər şey ağrıya çevrilir, hər şey ağır yük kimi adamın çiyinlərindən üzüaşağı basır. Sıxır adamıtorpağa, sıxır adamı məzara tərəf. Bu mənim həyat fəlsəfəmdir, qəbul etməyə də bilərsiniz.Çünki baxışlar insanların sayı qədərmüxtəlifdir. Elə o müxtəlifliyi də görübqiymətləndirmək, ona sayğı iləyanaşmağın özü də bir xoşbəxtlik amilidir. Kaş hər kəsin ürəyində ondan bircə damla olsun...

Hə, mən səhərinbu küləkli çağında bütün bunlarıdüşünə-düşünə kövrək misralarınkağıza necə köçdüyünü də duydum, yaşadım. Və həmin misralarda elə Rübabənin səsinin yanğısı da az iş görmədi:

Hələ sınayırsan,imtahanların

Bitib-tükənmirki, ay ömrüm-günüm...

Qəsdən eylədiyinimtinaların -

Əritdi çoxbahar, yay ömrüm-günüm...


Dördyanım boşluqdur sanki bir anlıq,

Çəkilmirqarşımdan hələ qaranlıq.

Nəola düşünüb, susub bir anlıq -

Məniürəyində say, ömrüm-günüm.


Közərir içimdə bir qoca xiffət,

Göstərirdərd mənə hər cürə sifət...

Düşün,sənin üçün kimdi Əbülfət -

Sonrael-obaya yay, ömrüm-günüm!

***

Hə,mən günün necə rahatlıqla ayaçevrildiyini son vaxtlar daha çox hiss edirəm. Zaman bir göz qırpımında ötür. İçərisində olduğumuz2015-ci il artıq səkkizinci ayını da başa vurmaq üzrədir. Fəsillərindili ilə desək, qış, yaz, yay artıq başa çatıb. İlin də, ömrün də payızı biraddımlıqdadı. Adam inana bilmir ki, builin səkkiz ayını artıq xərcləyib, əridib küləyə, yelə verib...

Şəxsən mən bu səkkizayın həyatımda nə ilə, necəqaldığını nə qədər düşünsəm də xatırlayabilmirəm. Ən çox dava-dərman, ən çox əsəb və bir də yayın istisində qovrulmaq. Özgə heç nə yadımadüşmür. Sizləri deyə bilmərəm, hələ ki,2015-in səkkiz ayını sevinc işartısıolan nəyisə təqvimin bir günündə,bir anında işarələməmişəm. Bu həqiqətən təəssüf edilən durumdu. Bəlkə də faciədi. Zarafat deyil, Allahinsana ömür payı verir, o ömür payı daelə-beləcə yolda, işdə-gücdə sabun köpüyü kimi əriyib, buxarlanıb çıxıb gedib. Amma adamlar var ki, təkcə səkkizayda yox, bəzən səkkiz gündə, hətta səkkizdəqiqədə dünyanı titrədən qəribəliklərə,ixtiralara imza atırlar. Özləri də tanınır, özləri də tarixləşir, gördükləri işlər də. Bax, bu mənada həm həsəd aparıram, həm də havayıəritdiyim zaman kəsiyinio adamlara bağışlaya bilmədiyimüçün daxilən çox sızıldayıram, çox narahat oluram. Hətta özüm-özümə əsəbiləşirəmdə...

Doğrudur,ömrü verən Allahdı. Ömürdən kiməsə pay vermək mümkün deyil, ən yaxşı halda,hansısa bir əzanı, bir orqanı hansısa bir xəstəyə, bir ehtiyacı olana bağışlayıb onu yaşatmaq olar. Amma buyaşatmaq da yenə Allahın iradəsindədi. Axı, bütün əzalar, bütüninsanlarda olsa da bir bədənin əzasını başqa bir bədən bəzən qəbul etmir.Yumşaq desək, onlar bir-biriləri ilə anlaşmırlar. Bunun həm elmi, həm tibbi, həmdə digər səbəbləri var. Mən bunları bir kənara qoyuram, amma indiki məqamda biretiraf dilimin ucundadı, onu mütləq deməliyəm. Belə ki, sözə, qələmə, sənə ürəyimi bağışlamışam. Bilmirəm, hansınız daha çox götürmüsünüz, bu az-çox məsələsini özünüz öz aranızda, bir də zamanla müqayisədə həll edərsiniz. Mən isə elə buyerdə sizə bir də üz tuturam:

Qəmi bu kirkirədə

Üyüt, bacardığıntək.

Sıx dişini, yumgözünü -

Üyüt, bacaldığın tək!


Əlindən tut həsrətin,

Fərqinə var hərsəsin.

Sən bu ömrün,qismətin

Böyüt,bacardığın tək.


İllərin hərqatında

Qoşalaşdı adında!

Qal o qızınyanında -

Cavan qocaldığıntək.

***

İnsan hər yerdədaha çox rahatlığa, öz dünyasına çəkilməyə üstünlük verir. Təbii ki, söhbətnormaldan gedir. Və normal insanın darahatlığı əslində öz istədiyini, öz bacardığını etmək, öz işiilə məşğul olmaqdır. Bax, onda yarananharmoniya onu yorulmaqdan, bezməkdən, hətta əsəbdən də qoruyur. Çünki o öz işinigörür, öz ürəyinin istəyini yerinəyetirir və nəhayət, gördüyü iş ona stimul verir, zövq verir. Bax, belə olanda təbii ki, işinkeyfiyyəti də, yaşamın özü də maraqlı və mənalıalınır. Təəssüf ki, bəzən o hikmətlisözlərdə deyildiyi kimi, "atın qarşısına ət, itin qarşısına otqoyurlar". İndi bunun hansı faydanıverəcəyini yəqin ki, özünüz düşünə bilərsiniz. Bu da bir həyat həqiqətidi və biz bundan sığortalanmamışıq...

Bu günlərdə birkitab vərəqləyirdim və kitabı vərəqlədikcədə öz-özümə düşünürdüm ki, qınasaq da, qınamasaq da Sovet dönəminin müəyyənüsulları, qanunları hərdən adamı özünə çəkir.Çünki kitab çap etdirmək, hansısa biryazını ortaya qoymaq indi o qədərasanlaşıb, o qədər sadələşib ki, hətta mənasını da itirib. Adi bir halaçevrilib. O qədər ucuzlaşıb ki, heç kimbu məsələyə nəinki ciddi, heç gözucu da baxmır. Ona görə də inkubator kimi eyniölçülü, eyni yüklü və eyni"mənanı" aşılayan kitablar qalaqlanır üst-üstə. O kitabları müəlliflərdənqəbul etməmək də olmur. Axı üz ətdəndi, ortada milli mentalitet var, yəni xətir-hörmət, salam-əleyküm...

Düşünə bilərsinizki, yazının əvvəlki hissələrinin bu kitab nöqtəsinə, yəni dediyim sözlərə nə dəxlivar? Amma tam səmimiyyətlə söyləyirəm ki, bu məmləkətdə, bizə, sizə dəxliolmayan heç nə yoxdu. Çünki bu məmləkətdə hamı bir-biriylə göz-gözə, üz-üzə, nəfəs-nəfəsə,lap kobud desəm, bir-birinin ovcunda, qoynundadı. Ona görə də nəyinsə "mənədəxli yoxdu" demək yumşaq halda yaxanı kənara çəkməkdi. Amma çək görüm,necə çəkirsən. Üstəlik də bu internet yazışmaları, feyslər-filanlar indi ədəbiyyatınaz qala tribunasına çevrilib. Hamı orada"yazıçı olub, şair olub". Gül-bülbül qarışıb bir-birinə...

Bəli, günümüzüngerçək durumu bundan ibarətdir. O gerçəkliyin içərisində hər gün eşitməkdəndoymadığım səslər var. Elə Rübabənin səsi kimi.

Amma illərləeşitməsən nə adı, nə səsi yadıma düşməyəcək şou "ulduzları" gözümüzüyağır etsə də mən onların olub-olmadığının hələ ki fərqində deyiləm. Çünkionlar oxuduqlarını, ifalarını yaşamırlarvə nə oxuduqlarının heç fərqində də deyillər. Onlar daha çox sponsorları və birdə "ulduz" olmaları üçün oxuyurlar. Axı bu iki məqam onların təminatıdı?!

Hə, gəlin bir anlıq öz içimizə boylanaq, vicdanla, məsuliyyətləözümüzə Allahın ən halal bəndəsi kimi qiymət verək. İçimizlə çölümüz, yəni özümüzlə-özümüz nə qədər bir-birimizitamamlayırıq? Bax bunu düşünək, bunu öyrənək. Elə həmin yerdəcə mənim sənəyazdığım misralara da qiymət verək:

Sən

gül deyilsən

sən gülün ləçəyisən...

Səngül olsan

bundan da göyçək

olarsan...

Çoxşükür ki,

sən

gülünləçəyisən.

Gülolsan

çətin ki, məni

gülaşiqi sayarsan...

sən

gülləçəyisən.

Onagörə də

şerdəftərimin

vərəqləriarasında

xatirətək

qalırsan...

Səngecələr

odəftərlə birlikdə

ürəyiminüstündə

yatıbyuxunu alırsan.



Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV