adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

CƏRiMƏ BELƏ OLAR

OQTAY SALAMOV
30615 | 2012-08-11 08:54
Demokratiya və qayda-qanunun ciddi olduğu Almaniyaya can atanların sayı-hesabı yoxdur. Elə bizimkilər arasında da Almaniyada yaşamaq istəyənlər çoxdur. Bizimkilər elə bilirlər ki, almanlar o qədər hərifdilər ki, istənilən "bacarıqlı" millət oğlu onları barmağına sarıya bilər. Heç kimin ağlına da gəlmir ki, Azərbaycanda da Almaniyada olan kimi qanunlar qəbul etmək və onlara ciddi riayət etmək lazımdır ki, orada olan qayda-qanun, onların demokratiyası bizdə də həyata keçirilə bilsin.
   
   İnanırsınızmı ki, Almaniyada polislərə əl qaldırmaq olmaz?! Denən bunun harası demokratiya oldu ki? Belədir, qardaş, adamın azadlığını əlindən alırlar. Onların dünyagörüşü və küçə azadlığı bizdə qətiyyən qəbuledilməzdir. Almaniyada yaşayan bir tanışım maraqlı bir məlumat göndərib. Almanların qanunvericiliyindəki qəribəlikləri bizim qanunlarla müqayisə eləsək, özünüz deyə bilərsiniz ki, onlarda demokratiya çoxdur, yoxsa gözəlim Azərbaycanda? Mən ölüm, səbrinizi basın, indi Almaniya ərazisində polisin ünvanına söyüş işlədilərsə, tətbiq edilən CƏRİMƏlər siyahısını tərcümə edib nəzərinizə çatdırıram:
   
   - Bekloppter (başıxarab, axmaq, idiot) - 250 avro
   
   - Dume Kuh (küt inək) - 300-600avro.
   
   - Witzbold (çoxdanışan, yumorist, özüöyrənən)...... - 300 avro.
   
   - Duarmes Schwein, duhastdocheine Mattscheibe
   
   (Hara soxulursan, bədbəxt donuz) - 350 avro.
   
   - Wegelagerer
   
   (Böyük yol qulduru: polis üçün) - 450 avro.
   
   - Zudummzum Schreiben (Kütün kütü, bisavad, hərf tanımayan) - 450 avro.
   
   - Dubldes Schwein (Küt donuz) - 500 avro.
   
   - Hastdubldes Weibnicht Bessereszutun?
   
   (Axmaq, başına iş qəhətdi, bu sənə lazımdı?) - 500 avro.
   
   - Polisə "sən" (du) demək - 600 avro.
   
   - Dirhatwohldie Sonnedas Gehirnverbrannt
   
   (Gün ağlını tamam alıb) - 600 avro
   
   - Beidirpiept" swohl
   
   (Ağlın yerində deyil, başında "qısaqapanma" var) - 750 avro
   
   - Verfluchtes Wegelagerergesindel
   
   (Lənətə gəlmiş tülüngü, yol zibili - 900 avro
   
   - Wichtelmann (qnom, cırtdan)........................... - 1000 avro
   
   - Bullenschwein
   
   (Uniforma geyinmiş donuz (orta barmağı göstərmə kombinasiyası ilə birgə) - 1000 avro
   
   - Raubritter (Qarətçi, cəngavər-quldur) - 1500 avro
   
   - Trottelin Uniform (Uniformada axmaq, kütbeyin) - 1500 avro
   
   - Idioten, ihrgeh; rtindie Nervenheilanstalt
   
   (Dəlixana sizin üçün ağlayır) - 1500 avro
   
   - Fieses Mistst;ck (İylənmişnəcis) - 2500 avro
   
   - AlteSau (qoca donuz) - 2500 avro
   
   
   
   ***
   
   Başqa işarələr üçün cərimələr:
   
   - Dil göstərmək - 150-dən 300 avroyadək
   
   - Baş və şəhadət barmağı ilə dairə göstərmək - 675-dən 750 avroya qədər
   
   -"Quş" göstərmək, yəni barmağını gicgahın ətrafında hərləmək
   
   (EinenVogelzeigen) - 750 avro
   
   - Sifəti qarşısında ovucunu yellətmək (Scheibenwischer-dalandarın hərəkəti = axmaq sözünə bərabərdir)................ - 350 avrodan 1000 avroya qədər
   
   - Orta barmağı göstərmək (Mittelfingerzeigen, Stinkefinger) - 600-dən 4000 avroya qədər.
   
   Necədi?
   
   Siz Allahınız, sözləri kənar yerə yozmayın, adi adamsınızsa bizim polisə söz və ya işarə göstərə bilərsiniz? Deyərsiniz, göstərərsiniz, dilinizi, işarə verən yerinizi kəsərlər. Elə düz də eləyərlər. Yoxsa sizdə o qədər pul haradandı ki, kimisə bir komplekt söyə biləsiniz. Söyməyə ixtiyarı olanları isə heç kimin cərimə etməyə ixtiyarı yoxdur...
   
   Oturun məmləkətdə, Allahınıza şükür eləyin. Gedib humanitar yardım alıb yaşamaq istəyəcəksiniz, cərimələr imkan verməyəcək.
   
   P.S. Cərimələr siyahısı diqqətimi o qədər çəkdi ki, bir də gördüm "Şənbə yazısı" yerinə bunu göndərmişəm...

TƏQVİM / ARXİV