BİLƏCƏRİ YAYLASI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
177373 | 2015-08-15 10:58

Öyrəşdiyimiz bir terimnvar, bu da təbiətlə bağlıdır. Hələ uşaq vaxtlarımıdan yaddaşıma yazılıb bu söz.Deyirlər ki, avqust "qora bişirən" aydır. Mən bunun bir daha şahidioldum. Yəqin sizlər də şahidlik edə bilərsiniz. Doğrudur, indiki nəsil qoranınnə olduğunu bilmir, heç mən də izah etməkfikrində deyiləm. Amma etiraf edim ki, bu avqust təkcə qora bişirmədi, oyeri-göyü də bişirdi, adamları da bişirdi...… asfaltın püskürdüyü od avtomobilləriniçindəki kondisionerləri əməlli-başlı sınağa çəkdi. Üstəlik, evdə, iş otağındakondisioneri olanlar quruyub qaxaca döndülər, kondisioneri olmayanlar isə əriyib muma çevrildilər...

Hə, bax belə biravqustda, qoranın bişdiyi vaxtda nəfəs almanın nə qədər çətin olduğu, yazıyazmağın cəhənnəm əzabı kimi adamın içini soymağı, üstəlik bilgisayar arxasındaəyləşənlərin istidən təngnəfəs olub tıncıxa-tıncıxa ürəyində nələri yuyub sərdiyini,üz-gözlərindən isə daha yazmağa həvəsləri, nə də gücləri qalmadığı oxunan birzamanda hardansa yadıma gəlib düşən keçmiş bir xatirənin əhatə dairəsindən çıxabilmədim. Mənə elə gəlir ki, məhz həmin o əhatə dairəsinin içərisində hava o qədərdə isti deyil, yəni orda avqust qora bişirmir. Orda olsa-olsa may ayıdı. Mayında qan coşduran, gül-çiçəyin bir-birinə sarmaşan bir yaz ayı olduğunu kimlərəsəxatırlatmaq yəqin ki, yersiz olar. Ona görə də birbaşa həmin o xatirəminipucuna əl uzadıram...

Böyük müsibətlə, ammadözümlə, mətanətlə böyütdü balalarını. Həm evin xanımı oldu, həm də kişisi. Heçkim hiss etmədi bu evdə qadın əlinin, qadın nəfəsinin olmadığını. Evdəki səliqə-səhman,biş-düş, hətta uşaqların əyin-başının çiçək kimi olması ilk baxışdan adamda beləbir təəssürat yaradırdı ki, bu evdə ən azı iki-üç qulluqçu işləyir. Amma əslindəbu belə deyildi. O, rəhmətlik Şücaət demiş, uşaqlarını yatızdırıb gecələriağlaya-ağlaya onların sabahlarını qururdu, gözdən keçirirdi... özünü isəunudurdu. Lakin unutduğunu da büruzə vermirdi. İstəmirdi sıxıntısını,ehtiyacını, ürək ağrısını bir kimsə, illah da ki, uşaqları bilsin. Ona görə dəbütün gücünü toplayıb özünə bir şuxluq verməyə çalışırdı...

Təbii ki, həyat davamedirdi və bu gün də davam edir... Həmin həyat onun da üstündən ötüb keçirdi,onu da qoynunda çalxalayırdı. Yüyrümürdü, əməlli-başlı çalxalayırdı. Və o da buhəyatın, bu dünyanın dolanbaclarını, qayğılarını, ağrı-acılarını dəyirmankimi içində üyüdə-üyüdə özü də üyünürdü.Amma çox təəssüf ki, onun üyündüyü artıq əli çörəyə, səsi ətrafa çatan övladlara heç nə demirdi. Sankielə belə də olmalı idi. Və sanki elə Allah onu məhz bu övladları ərsəyəçatdırmaq üçün, cəmiyyətə təqdim etmək üçün yaratmışdı və uşaqlar da gözlərininqabağında əriyən bu insanın dünənini, bugününü göz önünə gətirmir, sabahını isəheç görmürdülər də...

Bəli, bax beləcə əriyənbir ömür həyatın verdiyi, daha doğrusu, çiyninə qoyduğu yükün altında səsiniçıxarmadan övladların nə vaxtsa səsini çıxaracağına ümidlə, onların sabahını danizamlamaq, sabahlarını da sinidə onlara təqdim etmək üçün canından keçməyi dəqəbul etmişdi... Görünür bu boyda sevgi, bu boyda valideyn yanğısı, ailəyə buboyda bağlılıq onun həyatını alt-üst edən səbəblərdən biri idi. Əgər beləolmasaydı, 24 saatlıq sutkanın 24 dəqiqəsini özünə ayırardı. O, bunu da etmədi.Nəticədə həmin o hər şeyə qovuşmuş, hər şeyə sahib olmuş övladların cəfakeşiavqustun qora bişirənində Qocalar evində əriyib getdi, şam əriyən kimi...

Mən bu xatirəninyazılmasını, hətta oxunmasını da öncə heç istəməmişdim. Düşünmüşdüm ki, bir ailənin,bir insanın ömürlüyü , bütövlükdə olub-olmamağı (təbii ki, necəliyindən asılıolmayaraq - Ə.M.) böyük anlamda, böyükdünyada heç nəyi dəyişmir. Amma ola bilsin ki, mənə də yaşım, həyatım artıq əməlli-başlıtəsir edir və içimi ağrıdan, kipriklərimi isladan xatirələri, məqamları görməyə,duymaya, yazmaya bilmirəm. Bax, yazdıqca dahəmin tanıdığım adamın özüylə birlikdə mən də o illərin, o anların, oyaşananların içindən keçirəm. Görürəm ki, "həyat beş gündü" deyənlərhardasa yanılıblar. Çünki həmin o, içindən keçdiyim anlar, məqamlar əslində hərzərrəsiylə beş min gündü, beş min ildi. Sadəcə onu yaşayan, ona məhkum olanbunu anlayır, bunu duyur. Axı hər bədənə öz köynəyi daha yaxındı. Yaxınlıq isə...

Yaxınlıq isə təkcəbaxmaq, görmək, həmsöhbət olmaq deyil. O həm də bu, yaxın olduğun nədisəonun iç dünyasını görməkdi, onun içdünyasını öz içinə köçürməkdi. Mən belə başa düşürəm, belə anlayıram. Ona görədə sığındığım dörd divar da məni öz yaxını kimi qəbul edir, mən də onu...

Kədərimin ortağı

Dörd divarda nəmləyib...

Məni fikir aparıb -

Məni sükut dəmləyib...

Ruhumun kökləndiyi

Hava ağır, üzücü...

Üstümə uçar divar -

Him elə sən gözucu...

Bir quyu dərinliyi

İynə ucu işıqsız...

Çəkirəm gərginliyi -

Özümlə danışıqsız...

Dörd divarın üzündən

Utanır daha gözüm...

Çəkər divar üzünə -

Bir gün qaralsa közüm...

***

İstənilən bir iş, istənilən bir hadisə, tədbir başlandığı kimi qurtarada bilir. Necə ki, doğumla ölüm arasında əbədi və silinməz bir qanun var. Eləbu mənada götürəndə istənilən başlanan iş mütləq hansı formada olur-olsunyekunlaşır. Lap elə müharibənin özü də.Yüz illik müharibə də tarixin yaddaşındadı. Amma yüz ildən sonra da olsa,bitdi. Şirəli baba da doğuldu və 167 il yaşadı, sonra o da köç etdi. Əgər ənmüqəddəs insan Tanrının elçisi doğulur və əbədiyyətə qovuşursa, deməli, adi Allahbəndələrinin nəyisə əbədi əlində saxlayabiləcəyinə, nəyinsə əbədi sahibi olacağına inanması, güvənməsi heç cür mümkündeyil. Kimsə mübahisə edə bilər ki, Şeyx Nizami, Füzuli, daha kimlər, kimlərböyük sözün sahibidi, o böyük sözün sahibi olmaq haqqınıı özündə saxlayıb... Bəli,mən də bunu qəbul edirəm. Amma bir gerçək var ki, şeyx Nizaminin də, Füzulinində, başqalarının da nail olduqlarını, qazandıqlarını onlardan sonra gələn bizlərvə bizlərdən sonra gələnlər dəyərləndirir, qiymətləndirir, yerini bilir. Deməli,bu dünyaya güvənib, bu ömrə hakim olacağını qət edib qılıncını siviribsağa-sola fırlatmağın yersizdi.

Bu məqamda yadıma bir hədis düşür. Bütün heyvanat aləminin dilini bilənvə dünyanın padşahı olan Süleyman peyğəmbər hakimiyyət taxtında əyləşəndənsonra dünyanın ən gözəl qızlarını öz hərəmxanasına gətizdirir və düşünür ki,onların hərəsindən bir övladı olacaq və bu artımla dünyadakı bütün insanlarında səcərəsi ondan başlayacaq. Amma bəndəsinin bu iddiası Yaradana xoş getmir. Hərəmxanasıdünyanın gözəlləri ilə dolu olan və quş dili bilən Süleymanın cəmi bir övladıolur, o da şikəst...

Bu hədisi elə-belə xatırlatmadım, içimdən gəldi. Bilmirəm yerinədüşdü-düşmədi, amma insan mənimanlamımda rəhmətlik Xudu Məmmədov demiş, adamdısa, yaxşı olmalıdı. Əgər yaxşıdeyilsə, ondan adamlıq ummaq həmin bu istəyə düşənin özünün qüsurudu. Yəniadamdan umarlar, özü də adam kimi umarlar...

Hə, bu avqustun qora bişirənində yükləndiyim qayğıların içərisindəçabalayarkən telefonuma gələn zəng mənim diqqətimi çəkdi. Demək olar ki, bu sözadamı ilə tez-tez qarşılaşırıq, səmimiyyətimə heç bir şübhəm yoxdu,iddiası da elə sözü boydadı. Ona görə dəonun hər bir zəngi bu insanın özündən gələn müsbət enerji ilə mən də yüklənəbilirəm və çalışıram ki, gücüm daxilində onun arzusunu, sifarişini yerinəyetirim, sözünə söykək verim. O da bunu həmişə özünəməxsus bir üslubda, çoxutancaq bir jestlərlə "çox diqqətcilsən" deyib qiymətləndirir. Mən dəhəmin o diqqətin hər kəsə vacib olduğunu ona xatırlatmaqda müəyyən qədəraçığını deyim ki, zövq alıram. Çünki diqqət qarşılıqlı olanda onun təmənnasızlığıda, onun səmimiyyəti də, qalan nə varsa hamısını kölgədə qoyur. Bax o"sim-sim" konturunu mənim üçün istifadə edib telefon açan söz adamıda salamdan sonra cəmi ikicə kəlmə söz soruşdu:

- Eşitdim məzuniyyətə çıxırsan. Harda dincələcəksən?

Elə mən də onun soruşduğu üslubda cavab verdim:

- Bəli, düz eşitmisən. Yenə həminünvanda dincələcəm. Görüş yerini dəyişmək olmaz. Maraqlansan, daha doğrusu, sənin üçünmaraqlı olsa buyurub gələ bilərsən. Ünvan həminkidi: Biləcəri yaylası,Motodrom talası!..

Hə, "məzuniyyət","dincəlmək", "İstirahət"sözləri məni ötən illərə aparır - sovet dönəminə. Onda həmin o məzuniyyət vaxtını necə səbirsizlikləgözlədiyimi öncədən Həmkarlar İttifaqından istirahət yerinə vəsiqə aldığımı və sairəni yaddaşımdatəzələdi. Acı bir təbəssümlə həmin o arxada qalan xatırladıqlarımın arxasıncaböyük Mirzə Cəlil sayağı "Allah sizə rəhmət eləsin" - dedim və sonrabu misraları yazdım.

Bu səhər

həmişəkindən fərqli

yuxudan

yarımçıq oyanmaq

bir az yataqda

bir az otaqda

hələ sonra da

dayanacaqda...

əsnəyə-əsnəyə

işə getməyə

özünü zorlamaq yox...

bu səhər

məzuniyyətin ilk günündə

çox yatacam, çox!..

amma

vərdiş imkan versə

və bir də

ilham pərim də

mənə

məzuniyyətdəyəm! -

desə...

***

Yazının əvvəlində söylədiyim fikirləri təkrar etmək istəmirəm. Amma birmənalıolaraq bəyan edirəm ki, deyəsən doğrudan da dünyada da, zamanda da, təbiətdə dəçox köklü aşınmalar baş verir. Elə bil insan mənəviyyatı kimi təbiət dəerroziyaya uğrayır ona görə də avqustun qora bişirən olması sübuta ehtiyacıolmayan bir gerçəkliyə çevrilir. Təbii ki, bu gerçəklik insana düşünməyi, dərketməyi diktə edir. Təəssüf ki...

Təəssüf ki, biz bəzən düşünmək, dərk etmək əvəzinə hər şeyi zamanın,dünyanın boynuna atır, hər şeydə zamanı və dünyanı günahkar sayırıq. Ancaqbilmirik ki, zamanın anası hətta fahişə, atasıhətta binamus olsa belə onu rəndələmək,onu müəyyən qədər çərçivəyə salmaqmümkündü. Sadəcə, bu istəklə, bu əqidəylə zamana yanaşmaq, onun yaxasından tutub silkələməklazımdı. Və bir də bir-birimizin bu zamanda nələr çəkdiyimizi bilə-biləbir-birimizə qənim kəsilmək, bir-birimizin haqqını yemək, bir-birimizin ocağınasu calamaq yolverilməzdi, bağışlanmazdı. Ordazamanın günahı yoxdu. Üstəlik, əgər mən sənin üçün, əgər mən sizlər üçün iynəninucu boyda dəyərə layiqəmsə, iynənin ucu boyda dəyərliyəmsə, nə olar, nəfəsver... nə olar nəfəs verin, qoyun bir nəfəslik də yaşayım...

Bu da belə. Və bu istəklədə sizə pıçıldadığım misraların dəyərliolacağına, qiymətini alacağına ümid edirəm.

Heç kimə xoş gəlməyən

Sözüm, xoş gününolsun...

Öz gününə gülməyən -

Özüm, xoş gününolsun...

Dörd yanım düzənlikdi

Ürəyim üzərlikdi...

Baxdığım gözəllikdi -

Gözüm, xoş gününolsun...

Dolanırsan, gəzirsən,

Hərdən bəxtdən bezirsən...

Sən ki, mənə dözürsən -

Dözüm, xoş gününolsun!..

... Hə, bu da belə...İndi özünüz düşün, payı sevgi olan, yaylası Biləcəri, düşərgəsi Motodrom olanşairin istirahəti nə qədər gözəldi. Ürəyinizcə olsa, məsləhətlərimiheç vaxt əsirgəmərəm.

Bu şairin şah damarı,

Sevgidi, bala, sevgidi.

Sığındığı ümid yeri,

Alınmaz qala sevgidi!

Gecəsi, gündüzü itib

Gözündə uzun yol bitib.

Özünü darayıb, didib -

Düşdüyü bəla sevgidi!..

Hər kəs əkində-biçində,

Hər kəs işində, gücündə...

Onun bu dünya içində -

Payı bir tala sevgidi!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV