adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏYAT ZIRILTI ŞEYDi

OQTAY SALAMOV
23411 | 2012-08-04 08:59

   
   Nə qədər istəyirsən kitab oxu, kinolara bax, müdrikləri dinlə, xəyalınakı qəhramanlra bənzəməyə çalış - sənə verilən ömrü özün yaşamalısan.Heç bilmək də olmaz ki, kitab oxuyacaqsanmı, filmlərə baxacaqsanmı, müdrikləri dinləyəcəksənmi...gAmma ömrünü özün yaşayacaqsan, ancaq özün...g Bircə şey dəqiqdir-əgər vicdanını itirmisənsə, onda nəyisə dəyişdirməyi heç kim bacarmaz. Nə polis, nə türmə, nə ətrafındakılar heç nə edə bilməzlər.Vicdan da zırıltı şeymiş...
   
   Uşaqlıqdan elə bilirdik ki, xeyir və şərin fərqini bizə öyrədiblər. Daha doğrusu, özləri başa düşdükləri kimi izah eləyiblər ki, bu fəzilətdi, bu qəbahətdi. Uşaq vaxtı köhnə nağıllarda xeyirxah qəhrəmanlar qalib gələndə, pisləri, şər qüvvələri cəzalandıranda yaman sevinərdik. Özümüzü bu qəhrəmanların yerində təsəvvür edərdik, at belində, əlimizdə qılınc ... Düşünərdik ki, böyüyəndə mütləq onlar kimi olacağıq, zəifləri müdafiə edəcəyik, kasıblara kömək edəcəyik... Nə qədər təmiz arzularımız, niyyətlərimiz vardı...
   
   Görəsən adamalar niyə arzuladıqları kimi ola bilmirlər?..
   
   Bəlkə çox şey arzulayırlar? Qəribədi, uşaqlıqda xeyirxah qəhrəmana bənzəməyə çalışan bizlər həyatda daha çox mənfi qəhrəmanların yolunu getmiş oluruq? Axı bunu arzulamırdılar.
   
   Həyat zırıltı şeydi, arxiciddi məsələdi. "Belə gətirdi". Həyatımızı qurmamaq istəyimizi ifadə etmək istəyəndə hamımızın bəhanəmiz olan sözlər. Nə gətirdi, necə gətirdi, niyə gətirdi, nə yedin ki, partlamaya düşün?... Allahın bizə verdiyi qüvvə il-ildən azalır. Və çoxumuz 50 yaşında şikayətləndirik ki, bu illər ərzində nə qədər zülmlər çəkmişik, öz gücsüzlümüzün astanasındayıq və özümüzə yazığımız gəlir. Heç ağlımıza gəlirmi ki, bəs bu illər ərzində nə qədər yaxşılıq eləmişik, xeyrixahlıq eləmişik? Özünüzdən soruşmuşunuzmu? Nənənizin nağıllarını dinlədiyiniz vaxtdan bəri nə qədər dəyişilmisiniz? Deyə bilərsinizmi indi hansı qəhrəmana çevrilmisiniz- mənfiyə, yoxsa müsbətə? Siz bunu arzulayırdınız?...
   
   Bugünkü dünyamızda həddən artıq şər və qüsurlar var. Bilirsiniz bunlardan ən böyüyü nədir? Adamların vicdanlarının olmaması! Bizi adam edən əsas keyfiyyət! Bu keyfiyyəti itirməklə biz borc hissini, məğrurluğumuzu, insanlığımızı, mərhəmət... hisslərimizi itirirk. Çoxumuz acgözlüyü , tamahkarlığı, hərisliyi həyatımızın əsas məqsədi kimi qəbul etmişik. Müxtəlif mənaları özündə birləşdirən acgözlük hissi bizdə insanlığı, başqa cür olmaq hissini öldürür, adamlığımızı əlimizdən alır...
   
   Nə vaxtsa adamların gözlərinə , gözlərinin içərisinə baxmısınız? Kasıbların, köməksizlərin, sizə ehtiyacı olan adamların gözlərinə deyirəm. O adamların gözlərinə ki, siz kömək eləməlisiniz. Bunu nağıllardan əxz eləmisiniz, oradakı qəhramanlara bənzəməyi arzulamamışdınız? Sizin kimi adam doğulmuşlardan danışıram. O adamlardan danışıram ki, "acgözlük" sözünü bilmirlər. Həmin nağılları dinləyib xeyirxah qəhraman olmaq istəyən, həyatda isə olduğu gündə olan adamların arzularını niyə əllərindən alırsınız? Axı onlar başa düşmürlər ki, siz niyə "zalım adamlar"sınız.
   
   ...Mən baxmışam...Gözlər də zırıltı şeymiş!.. Əgər yol qırağında, məscidlərin qabağında, metroda olanları deyirsinizsə, onların gözlərinə baxmışam-biclik, dələduzduq , həyasızlıq yağır. Əksəriyyətinin gözləri belədi. Bəs neynəyək, nağıldakı qəhrəmanlar elə nağıldamı qaldı? Bəs deyirlər ki, nağıllar həyatda olanardan götürülüb. Bəs niyə bizim nağıllarımızda qardaş qardaşın kəndirini kəsir, ana balasının ayağının altına noxud atır ki, divlə güləşəndə yıxılsın?..
   
   Bilmirəm, indiki nağıllarda nələri təbliğ eləyirlər, nağıl eşitmək vaxtım və dövrüm deyil. Əgər indikilərə də bizim nağılları danışırlarsa, heç nə, batdıq... Deyəsən nağıllar da zırıltı şeydi axı. Ta nooldu, elə hər şey zırıltı oldu ki...

TƏQVİM / ARXİV