adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

HƏR ŞEYi ÖZ ADI iLƏ çAğIRAQ

OQTAY SALAMOV
23680 | 2012-07-31 10:04
Son vaxtlar ətrafımda ildırımsürətli vakum yaranır- dostlar, qonşular, tanışlar gölürlər. Özü də cavan ölürlər-45-dən 65 yaşa qədər. Qanınızı qaraltmaq istəmirəm, yazının məqsədi başqadır. Başa düşmək istəyirəm ki, bu Əzrail nədən belə kişilərlə dost olub, onları biçib-tökür axı.
   
   İstənilən həkimdən soruş, standart cavab verəcək: psixi yüklənmələr, alkoqol, siqaret...
   
   Saxla! Odey, 80-85 yaşlı qocalar var ki, indiyəcən içirlər, siqaret də çəkirlər.Hələ yayda bağlarında torpaqla əlləşirlər, idman eləyənənləri də var... Bəs onda onlar niyə bəzən oğullarının ölümünü görürlər? Qocaların arasında müdrikləri də olur. Elə birini mən özüm tanıyıram; Mustafa dayının 79 yaşı var. Ömrü boyu işləyib. Dünyanın bir çox yerlərində tunel tikib. Ağıllı kişidi, ciddi adamdı. Çox sualların cavabını da bilir.
   
   Bir müddət öncə onunla söhbətim oldu. Dilxor halda evin yaxınlığındakı parkda oturmuşdum. Mustafa dayı salamlaşıb yanımda oturdu, dilxorluğumun səbəbini soruşdu. Bir tanışımın 52 yaşında qəfildən öldüyünü sölyədim. Sən deyən ciddi xəstəliyi də yox idi...
   
   Qoca sruşdu:
   
   -Sən maşın sürürsən?
   
   -Yox-deyirəm, mənim maşınım yoxdur.
   
   -Mən də maşınımı satdım-deyə Mustafa söhbətə başladı.
   
   - Həqiqətin gözünə baxmaq lazımdı. Qocalmışam. Yolda qəza yarada bilərəm. Ürəyim də şıltaqlıq eləyir. Stetoforun sarı işığı çoxdan gözlərimi tutur...
   
   -Siz nədən danışırsınız, Mustafa dayı?
   
   Yaşadığım həyatdan danışıram.Həyatımı yola oxşadıram. Gənc yaşımdan sükan arxasında olmuşam, ona görə də ömrümü yola oxşadıram. Uzun illər yaşıl işığım yanırdı, hər şey asanlıqla alınırdı. O mahnıda necə deyilir: Payız gəldi, uçdu getdi quşlar... Həə, birinci dəfə 50 yaşımda sarı işıqda dayandım. Mənə dedilər ki, tormozu bas! Saxla! Xəstəlik məni əydi,ondan danışmaq istəmirəm, çoxdanın işidi... Bir neçə ay xəstəxanada yatdım, düşünməyə vaxtım çox oldu.
   
   Mən dindar adam olmamışam, amma başa düşdüm ki, göylər mənə xəbərdarlıq eləyir: bacarmayacaqsan, qırmızı işığı yandırırıq, sür o dünyaya. Mən öz xəstəliyimi "imenno" belə anladım. Bilirsən, bir dəfə onunla danışdım... məndən reaksiya gözləmək üçün üzümə baxdı. Mən başımı yellədim ki, yəni danışın. Elə bilirsən sayıqlayırdım? Yox, doğrudan da belə oldu. Bilirsən, azar mənə nə dedi? Dedi ki, "o qədər enerjini boş yerə xərcləmisən ki, neqativ həddənartıq çoxdu, nə qədər ki, gec deyil, özünü xilas elə! Elə belə də dedi. Mən öz həyatıma təzə gözlə baxmağa başladım. Acgöz gözlərlə . Axı onu məndən istənilən saniyə ala bilərlər. Hərif olma, ömürü əldən vermək olar? Bax, onda mən düşüncələrimi qaydaya salmağa başladım, artıq zibilləri atmağı öyrənməyə başladım.
   
   -Zibil?- bu nədi axı?
   
   -Neqativ. "Lazım olmayan yerdə doğuldun, onunla yaşadın, elə tərbiyə eləmədin"- bunlar kimə lazımdı. Keçənilki qar kimi. Duz demirəm?
   
   -...Razıyam...
   
   -Elə mən də onu deyirəm. Sonra daha çox şeyləri öərəndim. Mən hər şeyi öz adı ilə adlandırmağı öyrəndim. Fantaziyasız, hissiz, incimədən, ağlamadan- hər neyi öz adı ilə! Təşəkkür etməyi öyrəndim. Elə bilirsən bu asandı?
   
   -Çox çətindi...
   
   -Özümə birinci dedim ki, ömür, həyat qiymətli bir hədiyyədir. Axı mən olmaya da bilərdim. Zarafat deyil ee, qadının yumurtalığına çatana qədər milyonlarla spermotozoitlər məhv olur. Amma mən yarandım, məni abort eləmədilər, sağlam doğuldum, ana qayğısı ilə əhatə olundum. Xoşbəxtlik deyil?
   
   -Əlbəttə!..
   
   -Sonra ilk məhəbbətimi xatırladım,- kişi gözaltı mənə baxdı- deyirsən ki, bu qoca nə sarsaqlayır?
   
   Mən gülümsəyib:- Belə heç fikirləşmirəm...
   
   -Bu əsl xoşbəxtlik idi. Kosmik bir şeydi. Onu unudammazsan?...Ehhh!- fikrə gedib susdu... Bir müddət sonra davam elədi: Sonra həyatda çox şeylər oldu, bir neçə dəfə vuruldum, sevdiyim qadına heyran olduğumu bildirdim. Ona ürəkdən deyirdim ki, sən kamillisən, idealsan! Elə bilirsən yalan deyirdim? Qətiyyən! Amma vaxt keçirdi, mən bu şəhərdən o şəhərə, bu dövlətdən o dövlətə düşdüm, yollarda qadınlar tapıldı və itirildi... Peyda oldular, sonra da qeybə çəkildilər... Elə bilirəsən onlar çox idi? Yox, mən pleybol deyildim. (Qoca kişinin dilindən bu sözü eşidəndə mən də karıxmışdım). Mən özümün bir dənəmi axtarırdım. Hər kişi istəyir ki, elə qadını olsun ki, ona qayıtmağı arzulasın...
   
   -Siz evli idiniz?
   
   -İki dəfə. Uşaqlarım, nəvələrim var... hərdənbir baş çəkirlər. Mən incimirəm. Həyatımı tək başa vururam...
   
   -Həyat yoldaşı olmadan çətin deyil ki? Axı hələ çox yaxşı görünürsünüz..
   
   -Zarafat eləyirsən?... Bir az fikirə getdi, çal qaşlarını qaldırıb dedi:-Mən özümü əlil arabasından çıxardanda bilirdim ki, məhəbbət oyunları keçmişdə qaldı, fikirlərimi də dəyişdirməliyəm. Mən bunu həm ürəyimlə, həm də bədənimlə başa düşürdüm. Sən gülmə..
   
   -Nə gülmək, mən diqqətlə sizi dinləyirəm..
   
   Kişi uzun müddət susdu... Sonra dedi:
   
   Mən çox düşündüm. Mən əminəm ki, bizim özümüzə toqquşdurduğumuz əxlaq ...çox da təkmil deyil. Bilirən niyə? Həyat üçün həyat enerjisi, güc lazımdı. Bu enerji əsasən də seksual enejidir ki, sevgi gedəndə o da gedir. Bəs neyləməli? Adam yeni məhəbbətini tapır, bu da ona zəruri olan enerjini verir. Həyat həqiqəti budur.
   
   -Qəmli nəzəriyədir... əgər adam yeni sevgi tapmırsa, onda?..
   
   -Sevgisizsənsə sən məzunniyyətdə olan ölüsən- deyəsən utandı, gülümsədi- söhbət təkcə qadınlar haqda getmir ki.
   
   -Başa düşürəm. Kişilər sərt hisslər ardınca hara desən, hətta siyasətə də gedirlər..
   
   -Yox, bu vacib deyil. Kimsə kazinoya gedir, kimsə dağları fəth etməyə gedir, bəziləri narkotikanın dadına baxır, bəziləri motosiklet qovur. Kişilər dravsız yaşaya bilmirlər (Vallah, elə belə də dedi).
   
   -Mustafa dayı, bünlar hamısı belədi. Amma izah edin ki, niyə kişilər qocalmadan, ən çiçəklənən vaxtlarında ölürlər?
   
   -Kişilər özlərini yeyirlər, yəni bilmirsən? Bacarmadı, etmədi, qorumadı, verə bilmədi... Qaçaqaçdan yorulurlar. Biz öz aramızda bütün ömrümüz boyu yarışırıq, bu bizim qanımızdadı. Daha çox qazanmaq, daha da yüksəlmək, daha nələr...
   
   -Sonra da yarı yolda qalırlar..
   
   -Yorulurlar. Dəmirin də dözümlülük həddi var...
   
   İkimiz də susuruq. Deyəsən ağıllı söhbətdən yorulmuşuq. Mən sağılloşıb getmək istəyirəm. Birdən Mustafa dayının gülüşünü eşidirəm:
   
   -Bir Makropuols vasitəsi mövcuddu-həyatı uzadmaq üçündü. İnanmırsan?
   
   Bic-bic gözlərini qıyır:
   
   - İstəyirsən reseptini deyim, bəlkə lazım oldu.
   
   -Diqqətim sizdədi!
   
   -Qulaq as! Bu sözləri sənə dağlarda, qayalardaı yol salmış adam deyir! Həyat yollarında əminliklə irəlilə, yol yoldaşlarını dəyişməkdən qorxma, onların öz yolları var. Sən heç kimə heç nə borclu deyilsən! Get və keçmişə boylanma, heç kəsi qınama, özünü də qınama. Sən azad adamsan. Sənin üzərində ancaq Allah var. Artıq şeylərin hamısını tulla, yüngülləş. Yolda sənə cəmi üç şey lazımdı: azadlıq; özün olmaq imkanı; şeyləri öz adı ilə adlandırmaq bacarığı. İnan ki, bu böyük sərvətdi. Onda həm üzün ömür yaşayarsan, vaxtın çatanda rahat ölə də bilərsən.
   
   Kişi sakit, amma əmin addımlarla getdi. Ürəyimdə dedim:- Sağ ol, Mustafa dayı, yoluna uğur!..

TƏQVİM / ARXİV