... Bu sözləri çox adamların dilindən eşitmişik. Əksər dostlar deyirlər ki, indi zəmanə dəyişib və uşaqlar bizim dediyimizə qulaq asmırlar. Bir dəfə yazıçı Seyran Səxavət çox maraqlı fikir söylədi. O dedi ki, uşaq evdən çıxanda deyirəm ki, ay oğul, bu yolla get, o da mənə "baş üstə" deyir və sonra da görürəm ki, mən dediyim yolla deyil, öz bildiyi və tanıdığı yolla gedir...
Bilmirəm, zəmanədəndi, ya nədəndi, indi hər şey dəyişib. Yəni heç də gördüyümüz və uzun illər rastlaşdığımız hadisələr təkrarlanmır. Qəribəsi odur ki, indi insanları və daha doğrusu, yeniyetmələri, gəncləri əhatə edən mühit də dəyişib. Sovet dönəmində belə idi ki, Azərbaycanda bir televizya kanalı vardı və həmin televiziya kanalında da yayımlanan verilişlər gənclərə əxlaq dərsi verir və onları vətənpərvərlik ruhunda tərbiyə eləyirdi. O vaxt hansı verilişə baxırdın, orda təcrübəli pedaqoqların, ziyalıların nəsihətlərini eşidirdin. Eşidirdin ki, hansısa yaşlı bir professor özünün həyat tərzini və keçdiyi maraqlı yolu danışır. Həmin veriliəşə baxan yeniyetmə və gənclər də bu cür ziyalıları axıra qədər dinləyir və onları özlərinə örnək sayırdılar...
İndi isə kabel televizyası və eləcə də digər yayımlar nəticəsində evlərdə insanlar yüzdən çox kanala baxa bilir. Həmin kanalda millətə, xalqa və insanlara nə ziyandı, ən çox həmin verişiləri yayımlayırlar. Bir də görürsən ki, tanınmayan və əxlaqsız bir müğənni bütün günü efirdə reklam olunur, göstərilir və həmin müğənni də soyunub ekrana çıxıb. Üstəlik də bu cür dırnaqarası müğənnilər evlərini, maşınlarını və yaşadıqları işıqlı həyatı reklam eləyirlər. Bəziləri isə lap qabağa düşüb namusdan, qeyrətdən və əxlaqi dəyərlərdən danışırlar. Təbii ki, onları tanımayan və danışığına qulaq asan yeniyetmə, gənc istər-istəməz bu cür müğənnilərin parıltılı həyatına böyük maraq göstərir. Həmin gənc fikirləşir ki, elə mən də efirə çıxıb, səsim oldu-olmadı oxuyaram və özümə gözəl, rahat və zəngin həyat şəraiti yaradaram.
Beləcə, gənclər və yeniyetmələr deyilənlərə yox, gördüklərinə inanırlar. Onlar isə hər gün efirlərdə və ekranlarda bəzi soyunub tamaşaçının gözünə girmək istəyən müğənniləri görürlər. Görürlər ki, bu müğənninin 22 yaşı var, onu hamı tanıyır. Houlsun ki, səsi, savadı və səhnə mədəniyyəti yoxdu. Amma onun bahalı maşını, evi və maraqlı yaşadığı gecələri var. Bu gecələr, bu eyş-işrətlər, bu aura yeniyetməni özünə cəlb eləyir...
Heç fikir vermisinizmi, televizya kanalları musiqi ilə bağlı müsabiqə keçirəndə nə qədər gənc və yeniyetmə o müsabiqəyə can atır. İstedadı olan da və qabında bir şey olmayan da çalışır ki, televizyalarda keçirilən müsabiqələrdə iştirak eləsin, tanınsın. Düzdür, bu müsabiqələrdə istedadlı gənclər də iştirak eləyirlər. Ancaq görürsən ki, istedadı olmayan, savadı, səviyyəsi çox aşağı olan bir gənc həmin müsabiqədə iştirak elədi. Hiss eləyirsən ki, bu gəncin arxasında hansısa bir qüvvə durub. Səsi, savadı və sənhə mədəniyyəti olmaya-olmaya bu yeniyetmə qısa zaman kəsiyində məşhurlaşır. Xüsusən də yeniyetmə qız olanda onun "uğurları" daha çox olur.
İndi heç kimi qınamalı deyil. Özünə iş tapmayan, savadı və istedadı olmayan ya musiqi aləminə gəlir, ya da bir qəzet açıb baş redaktor olur. Bir dəfə tanınmış ziyalılardan biri dedi ki, ərindən boşananlar, sənətdən xəbəri olmayanlar və savadsız insanların çoxu müğənni, jurnalist olmaq istəyir. Hansı ki, onların orta məktəb səviyyəsində belə savadları, səviyyələri və bilikləri yoxdur. Amma buna baxmayaraq, onların bəzisi ildırım sürəti ilə səhnəyə gəlir, məşhurlaşır və hər gün olmasa da, tez-tez müxtəlif efirlərdə görünür. Sovet dövründə belə idi ki, hər hansı müğənni televizya kanalında görsənməmişdən öncə bədii şuradan keçməliydi. Bədii şuranın razılıq vermədiyi adam heç vaxt efirə çıxa bilməzdi. İndi isə hər şey dəyişib. Sənətə və sənətkara elə də qiymət verilmir.
Hər hansı orta səviyyədə səsi olmayan müğənni bir mahnını studyada yazdırır, sonra hara gedir o diski orda istifadə edir. Yəni bir kanaldan digər kanala gedərək fonoqramı işə salaraq efirdə atılıb düşür. Bir gündə orta səviyyəli bu müğənni fonoqramı üç-dörd kanalda səsləndirir. Özü də ekrana çıxır farmozonluq eləyir, əl-qol atır, guya kişinin qızı çox gözəl oxuyur. Başa düşənlər ağız büzür, başa düşməyənlər isə əl çalırlar...
Görün hardan gəlib, hara çıxdıq. İndiki uşaqların tərbiyəsindən danışırdıq. Uşağın beyni ağ kağız kimi bir şeydi. Ora nə yazsan əbədi həkk olunacaq. İndiki uşaqlar da görür ki, savadı olmayan, səviyyəsiz və mədəniyyətsiz bir adam dələduzluqla çox şeyə nail olur. Amma 40 il Elmlər Akademiyasında işləyən professor, akademiyanın müxbir üzvü özünə elə də dəbdəbəli həyat tərzi yarada bilməyib. Üstəlik də bu cür ziyalıların heç dolanışığı da digərlərindən fərqlənməyib. Bax bu fərqli və təzadlı həyat tərzini görən yeniyetmə hansı yolu seçməlidir; uzun illər baş sındırıb elm yolunda ömür çürütməlidir, yoxsa fırıldaqla, dələduzluqla və adam aldatmaqla zəngin həyat təzi yaşamalıdır?! Bu iki yolun ayrıcında olan yeniyetməyə nə qədər anlatsan da ki, kitab oxu, elm dalınca get, o bunu heç cür qəbul etməyəcək.
O yeniyetmə görür ki, kitab oxuyan, elm dalınca gedən adam düzdə qalır. Ailəsini, balalarını dolandıra bilmir. Ancaq görür ki, qonşusu dəli Gürşadın oğlu eşşək Əhməd ağ bir "Jepp"də əyləşib. Həmişə də evə gələndə dəli Gurşadın oğlu eşşək Əhməd maşının yük yerini bazarlıqla doldurur. Ancaq qonşusunda yaşayan və 40 il müəllim işləyən bir ziyalı isə 30 il bundan əvvəl aldığı mənzili hələ də təmir eləyə bilməyib. Bax onda, o yeniyetmə ağzını ayırıb gördüklərinə elə baxır ki, hər şeyə məəttəl qalır.
ANS televizyasında bir dəfə tamaşa göstərilirdi. Həmin tamaşada səliqə ilə geyinmiş, başında şlaypa olan, qalustuklu bir kişi yeməkxanada yeyib-içən iki nəfərə yaxınlaşır. Kişi şlaypanı çıxardır və yeyib-içən adamlara tərəf bir addım da irəliləyir. Məlum olur ki, o kişi dilənçidir. Həmin yeyib-içən oğlanlardan biri onun şlaypasına 100 dollar pul atır. Dostu bunu görür, təəccblənir:
- Alə, sən neynirsən. Adam da dilənçiyə 100 dollar pul verər?!
Dostu:
- O, dilənçi deyil, ziyalıdır və mənə dərs deyirdi. Nə yaxşı onun sözünə baxıb oxumamışam, yoxsa oxusaydım bugünkü biznesi, var-dövləti necə qazanardım?!
Bu epizoda artıq şərh vermək istəmirik. Hər şey gün kimi aydındır. Həmin səhnəyə baxan yeniyetmə elm dalınca gedəcək, yoxsa pul qazanmaq arxasınca?! Əlbəttə, bu məsələyə birmənalı yanaşmaq olmaz. Ancaq fakt-fatlığında qalır ki, yeniyetmələr deyilənlərə yox, gördüklərinə inanırlar.
Bütün günü televizya kanallarında ən çox da xarici verilişlərdə araq içməyi, siqaret çəkməyi və hətta narkomanlığı təbliğ edirlər. Xüsusən Rusiya kanallarında o cür verilişlər və yayımlar daha çoxdur. Həmin filimlərdə yeniyetmələr diskotekalara gedir, orda əylənir, siqaret çəkir, şərab içir və hətta heroin tapıb burunlarına çəkirlər. Bu cür səhnələri görən yeniyetmələr həmin həyatın içinə girmək istəyir və dadını çıxarmağa can atırlar.
İndi oğul odur ki. Azərbaycan televizyalarında elə verlişlər, elə layihələr həyata keçirsinlər ki, yeniyetmələr Rusiya kanallarına yox, onları tərbiyə və islah edə biləcək yerli verilişlərə baxsınlar. İndi gəlin görək televizya kanalları elə bir layihəyə imza atırlarmı?! Azərbaycan televizyasının birinci kanalı bütün günü quru, bayağı verilişlərlə tamaşaçını bezdirib. Özəl kanalların isə başı pul qazanmağa, şoular yaratmağa qarışıb. Az-çox maarifçilik ideyalarını və fikirlərini cəmiyyətə İctimai Televizya yayımlayır.
Gənclərin və yeniyetmələrin tərbiyəsi, təhsili və sonrakı asudə vaxtları diqqət mərkəzində saxlanılmalıdır. Burda valideyn, məktəb və cəmiyyət böyük rol oynayır. Bu dediyimiz üç varlıq arasında sıx əlaqə olmalıdır. O əlaqənin biri qırılanda istər-istəməz yeniyetmənin tərbiyəsində boşluq yaranır.
Yeniyetmə gecə saat 2-də evə gəlir, valideyn bir söz demir. Həftələrlə o uşaq dərsdən yayınır, direktor susur. İnsanların gözü qabağında yeniytmələr siqaret çəkir, bir-biriylə dalaşır, ətrafdakı adamlar buna laqeyd yanaşır. Valideyn laqeyd, müəllim laqeyd və cəmiyyət laqeyd! Hamı fikirləşir ki, o siqaret çəkən, araq içən uşaq mənim övladım deyil. Çünki ona bir söz desəm, yeniyetmə üzümə qayıdar.
Amma bir şeyi bilmirik ki, hamı hər hansı qüsura, nöqsana qarşı birgə addım atsa, vallah onun qarşısını almaq olar. Bu ipə-sapa yatmayan dəcəl uşaqlar görürlər ki, heç kəs onlara bir söz demir. Yəni heç kəs demir ki, niyə siqaret çəkirsən, araq içirsən və niyə dərsdən qaçırsan?! Hamı onlara qarşı laqeyddir və pis hərəkətlərinə göz yumur. Elə də olanda o uşaqlar get-gedə yaxşı nələri varsa, hamısını itirir. Beləcə, bir məhəllədə bir siqaret çəkən uşağa sonradan onlarla yeniyetmə qoşulur. Onlar əvvəl siqaret çəkirlər, araq içirlər, görürlər ki, kimsə bu uşaqları pis yoldan, əyri yoldan döndərmək istəmir və onlar daha pis vərdişə - narkotikaya qurşanırlar.
Aldığımız məlumata görə, narkomanlar arasında yeniyetmə və gənclər daha çoxl üstünlük təşkil edir. Məgər bu bizim hamımızın ağrısı, acısı və dərdi deyilmi?! Bilmirəm, vallah, biz bu balaca, yeniyetmə uşaqları niyə özbaşına qoymuşuq?! Narkoman yeniyetmələrin arasında ürəkağrıdan fakt odur ki, qızlar da var. Fikirləşəndə adamın tükləri biz-biz olur. Axı bu qızlar sabah kiminsə evinə gəlin gedəcək. Bu oğlanlar sabah kiminsə qızı ilə ailə quracaq. Nə bilim vallah!.. İş elə vəziyyətə gəlib çıxır ki, yeniyetmələrin bu cür addımları səngimək əvəzinə bir az da sürətlənir.
Mən ümidsiz adam deyiləm və həmişə inanmışam ki, insan ən ağır və ən pis yoldan belə daxili iradəsi hesabına əvvəlki həyat tərzinə qayıda bilir. Biz o uşaqları, o yeniyetmələri normal həyata qaytarmaq üçün ürəyimizi, qəlbimizi və ən nəhayət həyatımızı verməliyik. O uşaqların heç bir günahı yoxdur! Günah böyüklərdə, məktəbdə və bir də hər şeyi sükutla qarşılayan insanlardadır.
Bir gün böyük rus pedaqoqu Makorenkonun yanına 6 aylıq bir uşağı gətirirlər ki, bunu necə edək ki, tərbiyəli böyüdək. O da uşağı gətirənlərə deyir ki, gecikmisiniz. Gərək o uşağı bələyə bükdüyünüz ilk gündən düzgün rejimdə böyüdərdiniz. İndi biz uşaqlarımızı bələkdəykən tərbiyə eləməliyik. Yeriyəndə, danışanda və addımlarını atanda o uşaq düz atmalıdır. Əgər addımlarını düz atmırsa, əyri yolla gedirsə, günah bizdədir...