adalet.az header logo
  • Bakı 19°C

"ŞÖHRƏT"iN içiNDƏKi HƏYAT

ƏBÜLFƏT MƏDƏTOĞLU
34645 | 2012-07-21 08:32
Onda dünyanın üzü indikindən çox fərqli idi. Çünki böyük bir məmləkətin insanları üzü eyni istiqamətə hərəkət edir, eyni cür düşünür, eyni ideologiyanı, eyni siyasi durumu yaşayırdılar. Bu eyniliyin içərisində sovet xalqı yetişirdi. Necə deyərlər, sanki "qurd quzu ilə otlayırdı". Əslində bu, həmin o dünyanın görünən üzü idi, rəngbərəng, göz oxşayan, insanlara rahatlıq verən, sabaha təminatı olan, yaşamağın dadını çıxarmaq üçün yalnız gündəlik işə gedib-gəlməyin kifayət etməsig Bütün bunlar həmin o tarixdə, həmin o dünyanın bizim üçün indi xatirə olan üzündə son dərəcə gözəl idi.
   
   Bax, həmin o dünyanın həmin o tarixində Gürcüstanın Qaraçöp mahalında bir ailənin oğul övladı dünyaya gəldi. Onda tarix 1975-i göstərirdig Onda Bəhlul kişi ona muştuluğa gələnlərə özünəməxsus ağayanalıqla təşəkkürünü çatdırır, ürəklə əlini cibinə atır və heç ağlından da keçirmirdi ki, öndə onu daha böyük muştuluqlar, daha böyük sevinclər gözləyir. Düzünə qalsa, Bəhlul kişi heç bunu ağlına da gətirə bilməzdi. Çünki o, sovet vətəndaşı idi və bilirdi ki, sovet hökuməti dünyanın istənilən nöqtəsində sözü keçən, dünyanın siyasətini müəyyənləşdirən, səmtini yönəldən iki böyük gücdən biridi. Belə bir dövlətin vətəndaşı da arın-arxayın həm yaşayır, həm işləyir, həm də dünyaya yeni övladlar pay verirdi. Elə övladlar ki, onların sabahına heç bir təhlükə yox idi. Hamı kimi Bəhlul kişi də bilirdi ki, dünyaya gələn bu oğul bütün kənd uşaqları kimi böyüyəcək, mal-davar dalınca örüşə gedəcək, məhəllə uşaqları ilə oynayacaq, hətta güləşib-dalaşacaq dag ola bilsin oxuduğu məktəbdə və yaxud kənddə qız da istəyəcəkg və bunların heç biri nə ataya, nə anaya, nə də bütövlükdə nəsilə başağrısı gətirməyəcək. Çünki cəmiyyət özü bunları nizamlayırdı. Sadəcə, bu nizamda valideyn hər şeyin yerində olmasına nəzarət edir, yardımçı olurg
   
   Bəli, 1975-ci ildə Bəhlul kişinin evində dünyaya gələn və adı da böyük türk şairi Nazim Hikmətin şərəfinə Nazim qoyulan bu balaca kişi zamanla, saatla bərabər böyüyür, həyatın ilk sınaqlarına qarşı gedirdi. Ancaq atasının düşündüklərinin əksinə olaraq, Nazim kənd uşaqlarıyla güləşib-dalaşmağa meyil göstərmədi. Doğrudur, mal-davar dalınca getdi, ot-ələf yığımına kömək etdi. Ancaq qalan vaxtını, hətta mal-davar otaranda əlində olan vaxt imkanını kitaba, dəftərə yönəltdi. Necə deyərlər, hər günü kitabın, dəftərin içində keçdi. Bu da səbəbsiz deyildi. Çünki Nazimin qəlbində oxumaq, savadlı, bilikli olmaq, yaşıdlarından seçilmək istəyi var idi. Sanki onun qəlbinə hardansa bir gün işığı düşürdü. Elə bir işıq ki, ona sabahın yolunu göstərirdi, onun üzünə açılacaq qapının səmtini işarə verirdi. O da həm öz istəyi ilə, həm də uşaq marağı ilə qaçıb o işığı tutmaq, ona çatmaq, onu yaxalamaq arzusu ilə böyüyür, ümidlənir və özünə inamı artır.
   
   Bəli, beləcə böyüdü Nazim Qaraçöp mahalındag Beləcə böyüdü Bəhlul kişinin oğlu Gürcüstandag Bax, elə beləcə də ümidlə, inamla orta məktəbin yuxarı siniflərinə seçilə-seçilə, əla qiymətləri sıralaya-sıralaya əlvida dedig Vəg
   
   Bir gün televizorun qarşısında əyləşmişdi. Təbii ki, onda televizorlar pultla idarə olunmurdu. Dədə-baba qaydası ilə - televizorun qarşısındakı yumru diyircəyi çevirməklə kanalları dəyişmək mümkün idi. O, televizora yaxınlaşdıgonu xəttə qoşdug ekran açıldıgGürcüstan televiziyası gürcü dilində xəbərlər verirdig Dinləməyə səbri çatmadı. Azərbaycan televiziyasının kanalına keçdi vəg Azərbaycan televiziyası neftçilərin həyatından bəhs edən "İnsan məskən salır" filmini göstərirdi. Filmdə söhbət Neft Daşlarından, gənc neftçilərdən, onların həyatından, bütövlükdə bu möcüzəli dünyadan gedirdi. Özünü unutdu, eləcə televizorun qarşısında dayanıb kadrları heyranlıqla seyr etdi. Kimsə qoluna toxunanda özündə olmadığını anladı. Bir azacıq qızarsa da, çəkilib hamıyla yanaşı əyləşdi, sona kimi filmi seyr etdi. Və filmi seyr etdikcə də özünü həmin qəhrəmanların arasında hiss edir, onlarla birlikdə Xəzərlə vuruşur, onun dalğaları arasında xəyallar qururdu. Elə bu xəyallar da onun gələcək yoluna körpü saldı. O, bu körpü ilə Azərbaycanın ən böyük elm ocaqlarından birinə üz tutdu. O, həyat yolunu müəyyənləşdirmişdi - neftçi olacaqdı. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Bu institut onun mənzilinin dayanacağı idig
   
   Bu da 1996-cı il. Nazim Azərbaycan Dövlət Neft Akademiyasındakı təhsilini uğurla başa vurdu və təyinatla "28 May" Neftqazçıxarma İdarəsinə (NQÇ) işləməyə göndərildi. O, neft, qaz yataqlarının işlənməsi üzrə ixtisaslaşmışdı. Onun əsas işi öz ixtisası ilə bağlı idi. Əvvəlcə operator kimi fəaliyyətə başladıg sonra usta köməkçisi, usta, rəis müavini işlədi. Yaşının az olmasına baxmayaraq, onu artıq kollektivdə hamı tanıyır, hamı ona hörmətlə yanaşır, hətta onun qabiliyyətinə, istedadına, savadına həsəd də aparırdılar. O isə bütün bunları normal qəbul edir və heç nəyin fərqinə varmadan özünün dediyi kimi, başını aşağı salıb işləyir, axtarışlarını davam etdirirdi.
   
   Bu da 2001-ci il. Nazimin həyatında hər şeyin dəyişdiyi tarix. 26 yaşlı bir gənc Ümummilli liderin sərəncamı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından biri olan "Şöhrət" ordeninə laiyq görüldü!..
   
   Doğrusu, mənim Nazimlə tanış olmağımın, onunla maraqlanmağımın səbəbi də məhz bu ordendi. Çünki bu yaşda kiminsə Azərbaycan dövlətinin ən yüksək ordenlərindən birinə layiq görüldüyünü düzü eşitməmişdim. Odur ki, qələm dostlarımdan söhbət əsnasında yaxın qohumunun 26 yaşında bu ordenə laiyq görüldüyünü söyləməsi mənə inandırıcı gəlmədi. Açığı, inanmadığım üçün də ondan xahiş etdim ki, "Şöhrət" ordenli 26 yaşlı neftçi ilə məni tanış etsin. O da sözünü tutdu və bu günlərdə dostum Arzuman bibisi oğlunu "Ədalət"in redaksiyasına gətirdi. İnanın ki, onun görkəmi məndə ali məktəb tələbəsinin təəssüratını yaratdı. İnana bilmədim ki, bu cavan oğlan həmin ordenin sahibidi. O da özünəmxsus bir təbəssümlə cibindən Ulu öndərin imzası ilə verilmiş ordenin vəsiqəsini çıxardı. Doğrudan da bu böyük uğur, böyük nailiyyət demək idi. 26 yaşda bu ada layiq görülmək, özü də Ümummilli liderin imzası ilə bu şərəfli adı qazanmaq əlçatmaz bir zirvədi. Bu zirvəni Nazim fəth edibdi. Mən qəhrəmanımla söhbət edirəm:
   
   - Həyatımda xeyirxah, qayğıkeş insanlar çox olub. Onlardan biri də təyinatla getdiyim "28 May" NQÇ-nin rəisi İdris Rzabəyov mənim təkliflərimi gerçəkləşdirməyə şərait yaratdı və mən öz ideyalarımı çalışdığım platformada gerçəkləşdirdim. Sonra həmin təkliflə bütün NQÇ-də tətbiq olunmağa başladı. Bu da həm vaxt baxımından, həm də quyulardan səmərəli istifadə baxımından xeyli qazanc əldə etməyə səbəb oldu. Bütövlükdə mənim təkliflərim, ixtiralarım artıq diqqəti çəkdi və o, həyatda təsdiqini tapdı. Elə mənə də "Şöhrət" ordeni məhz neftqaz istehsalı sahəsindəki xidmətlərimə görə verilib. Məhz İdris müəllimin mənə etdiyi hər cür köməklik sayəsində bir quyuda keçirdiyim eksperiment artıq bütün quyularda uğurla tətbiq olunmağa başladı. Günəlrin birində də, yəni 2001-ci ildə Neftçilər Günündə digər neftçilərlə yanaşı, mənim də adım təltif olunmaq üçün ölkə rəhbərliyinə göndərildi. Doğrusu, mən bu xəbəri yalnız həmin mərasimdə eşitdim. Çünki məndən təcrübəli, məndən yaşlı neftçilərlə birlikdə təntənəli mərasimə dəvət olunanda düşünürdüm ki, yəqin Neftçilər Günü ilə bağlı dəvət olunmuşam. Ancaq ölkə prezidentinin fərmanı elan ediləndə və Azərbaycanın ən qocaman və ən nüfuzlu neftçisi, Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə mənə bu ordeni təqdim edəndə keçirdiyim hissləri ifadə edə bilmirəm. Çünki mən Xoşbəxt müəllimin gözlərində onun gəncliyini gördüm. Sanki o, öz gəncliyi ilə üzbəüz dayanmışdıg
   
   Mən Nazimin dediklərinin mahiyyətinə varanda bu gerçəkliyi ondan xəbərsiz yaşadım. Hiss etdim ki, Xoşbəxt Yusifzadə həmin mərasimdə Nazimin simasında öz gəncliyi ilə üz-üzə qalıbmış, xoşbəxtliklə Xoşbəxt qarışlaşıbmışg
   
   Bəli, bu gün Nazim bir vaxtlar sirrini öyrəndiyi elmin ünvanı olan Neft Akademiyasında, eləcə də Xəzər Universitetində müəllimlik edir. Həyatdan, təcrübədən öyrəndiklərini tələbələrə mənimsədir. Artıq onun da yetirmələri var. Onun elmi araşdırmaları ingilis və rus dillərində dünyanın ən mötəbər elmi jurnallarında çap olunur. Həmçinin onun təklifləri, ixtiraları təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da uğurla neft sahəsinə tətbiq edilir. Yəni Nazim Bəhlul oğlu Nəsibovun neft sahəsindəki uğurları kifayət qədər tanınıb və nüfuzlu elm adamları tərəfindən birmənalı şəkildə qəbul edilibdi. Həmçinin Nazim öz elmi uğurlarını da müdafiə edib və elmi titula da sahib olubdu. Yorulmaq bilmədən də bu sahədə axtarışlarını davam etdirirg
   
   Doğrudan da Tanrı vergisi, istedad yaşa baxmır. O istedad, o vergi səmərəli, münbit şəraitdə dərhal özünü göstərir. İstedada da, qabiliyyətə də qiymət veriləndə o bir az da şaxələnir, bir az da aktivləşir, bir az da yaradıcılıq arenasını genişləndirir. İndi Nazimin yaşının bu çağında, yəni onun Azərbaycan neft sənayesinə kifayət qədər uğur gətirmək imkanı olduğu bir vaxtda ARDNŞ-də çalışması yəqin ki, bu möhtəbər təşkilatın istehsal gününün artmasında öz sözünü deyə bilər. Düşünürəm ki, Azərbaycan neftçilərinə və neft sənayesinə həmişə böyük qayğı və diqqətlə yanaşan ARDNŞ rəhbərliyi, xüsusilə millət vəkili, ARDNŞ-in prezidenti hörmətli Rövnəq Abdullayev bu gənc mütəxəssislə maraqlanacaq, onun gələcək fəaliyyəti üçün şərait yaradacaqdır. Hər halda, bir vətəndaş kimi mənim qəlbimdən keçən bu istək Azərbaycan neft sənayesinin daha da böyük uğurlar qazanmasına xidmət edir.
   
   
   
   

TƏQVİM / ARXİV