adalet.az header logo
  • Bakı 20°C

Jurnalist olmaq mədəniyyəti

ƏDİLZADƏ ƏDİL
49790 | 2015-08-11 12:48

Ölkəjurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı məsələətrafında ciddi polemika gedir. İctimaiyyətin tanınmış simaları ilə yanaşı, beynəlxalq təşkilatlar da məsələyə münasibət bildirirlər. Ancaq beynəlxaqarenadan gələn açıqlamalar təəssüf ki, qərəzdən başqa bir şey deyil. Bunuəsaslandırmaq üçün bir neçə fakta müraciət etməli olacağıq. Öncə onu qeyd edək ki, Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandjurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanatla çıxış edib. Baş katib R. Əliyevin ölümündənsarsıldığını bildirib. O, Azərbaycan hakimiyyətini bu hadisəni hərtərəfli vəsürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

CənabBaş katibin bu çağırışı gecikmiş addımkimi qiymətləndirilə bilər. Çünki, bu bəyanatdan öncə birbaşa dövlət başçısıİlham Əliyevin xüsusi tapşırığı ilə məsələ nəzarətə götürülüb. Hüquq-mühafizəorqanları məsələni araşdırmaq üçün əməli addımlar atır. Artıq məsələdə adıhallanan şəxslər istintaqa cəlb olunublar.

AzərbaycanXarici İşlər Nazirliyi də öz növbəsində Baş katibə cavabı ləngiməyib. Nazirlikdən verilən açıqlamada qeydolunur ki, T.Yaqlad məsələni siyasiləşdirir.

Motivhamıya məlumdur. Jurnalist facebookda yazdığı statusagörə, bir qrup şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. Təbii bu xoşagələnbir hal deyil. Ancaq gəlin görək jurnalist olmaq facebook və eləcədəKütləvi İnformasiya Vasitələrində ağzına nə gəldi yazmaq deməkdirmi?

AzərbaycanRespublikasının qanunvericiliyinə nəzər salanda aydın görünür ki, ölkəmizdə jurnalistfəaliyyəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bunu ölkənin birinci şəxsininqismində hakimiyyətdə oturan yüksək çinli məmurlar da bəyan edirlər. Mətbuatkonfranslarının təşkili, bu konfranslarda jurnalistlərin sual verməsi üçünyaradılan şərait birbaşa dediklərimizi əyani olaraq təsdiq edir. Məhz,bunun göstəricisidir ki, bu gün üç mindən çox KİV rəsmi qeydiyyatdan keçib.Düzdür, onların bir çoxu dövrü olaraq oxucularla görüşə gələbilmirsə, bunun problemi hakimiyyətdə və jurnalistlərdədeyil.

Azərbaycandabir jurnalist ordusu var. Bu ordunun generalları SSRİ dövrünün müəyyən çətinliklərini,senzuralarını, yazdığı yazılarda fikirlərin "qayçılandağını” çox görüblər.Bugün isə bu çətinliklər yoxdur. Kim hansı mövzuda, hansı istiqamətdə istəyirsə,yazır və yazısını dərc etdirir.

Bu günbir jurnalist həmkarımızın öldürülməsi hadisəsindən məyus olmamaq mümkün deyil.Ancaq gəlin bir az realist olaq. Jurnalist olmaq sosial şəbəkədə, əməkdaşlıqetdiyi KİV-də ürəyi istədiyini yazmaq demək deyil axı...Jurnalistin özünün bir çəkisi olmalıdır. Söz çəkisi deyilən bir məhfum var.Buna əməl olunmalıdır. Bu olmasa, jurnalistə kim qiymət verər? Qələm sahibi olan, qələminəvə imzasına hörmət edən hər bir kimsə yazısı ilə yanaşı etik davranışlarına dadiqqət etməlidir. Bütün bunlar olduğu təqdirdə Azərbaycan jurnalistikasıdaha da inkişaf edəcək. Gələcək nəsillərə sağlam jurnalist mədəniyyəti aşılayabiləcəyik.

Birfaktı da diqqətinizə çatdırım. Cenevredəyerləşən, jurnalistlərin təhlükəsizliyi məsələləri ilə məşğul olan Press EmblemCampaign (PEC) müstəqil təşkilatı bu yaxınlarda hesabatını açıqladı. Hesabata görə, 2015-ci ilin birinciyarısında bütün dünyada vəzifəsini yerinə yetirərkən ən azı 71 jurnalist ölüb.Bildirilirki, Fransa, Yəmən, Suriya, Liviya, İraq və Ukraynada ölən jurnalistlərin sayı40-dan az olmayıb. Onların ölümünə terror aktları,yaxud hərbi qarşıdurmalar səbəb olub. 30 jurnalist cinayət qurbanı olub. Ən çox jurnalist Yaxın Şərqdə və Şimali Afrikada  (sonyarım ildə 23 nəfər) ölüb.

Latın Amerikasında ölən jurnalistlərin sayı 17,Avropada isə 13-dür. Jurnalistlər üçün ən təhlükəli ölkələr İraq vəFransadır. Burada ilin əvvəlində terrorçular satirik jurnalıstlərinigüllələyiblər. Təşkilatın hesablamasına görə,üçüncü yerdəki Ukraynada 4 nəfər jurnalist ölüb.

TƏQVİM / ARXİV