ƏZİZİM BALABANI…

ƏBÜLFƏT MƏDƏTOĞLU
60688 | 2015-08-05 13:41

Salam ustad! Xoş gördük,xalqımın böyük şairi! Yayın bu qora bişirənində sizə məktub yazmaq qərarına gəldim.Özü də təkcə hal-xoş etmək üçün yox. Həm də xeyli vaxtdı ürəyimi didib-parçalayan,necə deyərlər, məni məndən alıb məni təkrar yaman  günə qoyan bir dərdin dərmanı kimi oxuduğum poemanızamünasibətimi bildirmək istəyirəm. Bu istək mənə rahatlıq vermir. Öncə telefon açıbfikirlərimi söyləmək istədim. Amma gördüm ki, telefonda deyə bilməyəcəm. Həm kövrələcəm,həm də nə dediyimi digər oxucular bilməyəcək. Ona görə də fikrimi qələmlə, sözlədeməyə üstünlük verdim…

Hörmətli Zəlimxan müəllim!Siz xalqın sevilən bir şairi kimi sevincli, qəmli, ağrılı-acılı, toylu-düyünlü,çal-çağırlı günlərində də onun yanında olmusunuz. Səsiniz, sözünüz, ruhunuz, sazınız,avazınız, qələminiz, kağızınız bu xalqdan yazıb, bu xalq üçün yazıb. Və siz yaza-yazahəm yaşamısınız, həm də yaşatmısınız… həm sevmisiniz, həm də sevdirmisiniz… həmağlamısınız, həm də ağlatmısınız… həm döyüşmüsünüz, həm də döyüşə səsləmisiniz.Çünki siz Zəlimxansınız! Ona görə də sözünüz təkcə qulaqlara yox, həm də ürəklərəgedib çatır.

Bax, bütün bu dediklərim,iç dünyamdan ələyib üzə çıxardıqlarım mənim inamım, inancım olmaqla yanaşı, həmdə sizin sözə, sizin şəxsiyyətə böyük sevginin bəhrəsidi. Mən odundan qor aldığım,süfrəsindən çörək kəsib nemət daddığım bir ustadın xeyir-duasını həmişə hiss etmişəmvə kürəyimdə olan əlinin istisini də canımda-qanımda yaşatmışam və yaşatmaqda dadavam edirəm. O əlin istisi məni bu yazıya tərəf bir az da yaxınlaşdırır. Çünkibu yazı həm də mənim içimin yazısıdı, içimin ağrısıdı, içimin səsidi. Bilənlər bilir,bilməyənlər də eşitsinlər: Zəlimxan Yaqub bu xalqın övladı, şairi kimi, ziyalısıkimi, aydını kimi həmişə dərdə işıq salmağa, dərddən çıxış yolu tapmağa, dərdi qulaqlara,ürəklərə çatdırmağa çalışıb. Onun hər misrasında paralanmış vətənin harayını, faciəsini,həsrətini, talanını o qədər yanğı ilə, o qədər təşnəli bir şəkildə ortaya qoyurki, ona baş əyməmək, o dərdi köynək kimi əyinə geyinməmək mümkün deyil. Üstəlikdə o dərd sənin içindədisə, deməli, geyindiyin köynək sənin çölünü də yandırır,içinin yanğısı çölünün yanğısına qarışır. Mən bunu təqribən ay yarım  öncə, yəni iyul ayının 4-də «Ədəbiyyat» qəzetindəustadın «Şuşada balam qaldı» poemasını oxuyandan sonra bir daha dərk etdim, birdaha anladım…

Bəli, bu poemanı birnəfəsəoxudum və oxuya-oxuya da mən Şuşaya getdim… Qarabağı gəzib dolaşdım… Cıdır düzündənüzü aşağı dərə uzunu boylandım… Hər tərəfdə qan gördüm… Xarı bülbül də qan içindəydi,İsa bulağı da… Vaqifin abidəsi də… Xan qızı Natəvanın ocağı da… Bülbülün ruhu  da…Müqəddəs məscidlərimiz də… Demək olar ki, hərdaş qan içindəydi, hər kol qandan qurumuşdu. Elə bil daşın  da, kolun da, ağacın da qanı vurub üzünə çıxmışdı.Bunu mən ustadın poemasını oxuya-oxuya gördüm. Çünki Şuşada hər şey qalmışdı vəqalan hər şeyi, bütün canlı və cansız nə varsa hamısını o torpaq qarışıq ustadım«balam!» deyə təqdim etmişdi.

Mən  poemanın oxucuya təqdimatı üçün ustadın yazdığıbeş-on cümləlik «Əziz oxucu» müraciətindən sonra poemanın nədən qaynaqlandığını,nədən yazıldığını çox gözəl başa düşdüm, gözəl anladım. Amma tam səmimiyyətimlə,içimdən gələn bir ərklə deyirəm ki, Zəlimxan Yaqub bu poemanı təkcə ona edilən müraciətəsasında yazmayıb. Bu poemanı o həm də balası saydığı Şuşa üçün yazıb. Çünki onunŞuşa adlı  balası qalıb əsirlikdə, işğal altında.Elə hamımızın Şuşa adlı atamız, anamız, övladımız qalıbdı girovluqda. Ona görə dəustad adamın içini göynədən nalə ilə, bir fəryadla deyir:

 

Ay ellər, ay obalar,

Mənə bir məktub gəlib.

Ayrılığın, həsrətin

Yolunu tutub, gəlib.

Şuşadan Bakıyacan

Nə qədər dərdimiz var,

Hamısın udub gəlib.

Bu məktub – hıçqırıqla,

Dərd ilə dolub gəlib.

 

Hə, oxuyuram bu məktubu.  Hər söz,hər işarə açılan güllədi, ürəyə işləyən oxdu, iynədi, nizədi, daha nə bilim ağrıverən, ağrı yaşadan hər şeydi. Oğul istəyirəm, daha doğrusu, ürək istəyirəm ki,bu ağrıya dözsün. Elə burdaca onu əlavə edim ki, Zəlimxan Yaqub ona görə ağrıyırki, ona görə müalicəsi tam şəkildə yekunlaşmır ki, o, Şuşada balam qaldı – deyir.O, bu cür ağrını ürəyində sözə çevirir.Vallah, o ürək çox dözümlüdü. Ustadın ürəyini deyirəm. Başqa ürək bu poemanın yaşatdığı,göstərdiyi, misraladığı dərdi çəkə bilməz, ona dözə bilməz. Var olsun ürəyin, ustad!

Oxuyuram poemanı:

 

Mənə bir məktub gəlib

Ay obalar, ay ellər.

Yazısı kömürdəndi,

Qapısı dəmirdəndi.

Açmaq da xatalıdı,

Bağlamaq da xatalı.

Əllərim əsir mənim

O məktubu götürüb

Əllərimdə tutalı.

Oğlu ölmüş analar,

Əri ölmüş sonalar

Bu məktubun mənası ,

Nə kitaba sığandı,

Nə dəftərə, varağa.

 

Gördünüzmü, fikir verdinizmi,ustad özü də etiraf etdi o dərdin ağırlığını, ölçüsüzlüyünü… O dərdin yerin-göyüncəm halında tutumundan dəfələrlə böyük olduğunu. Mən poemanı oxuduqca yenidən qayıdıramQarabağa – kəndimə gedirəm. Şəhidlərimizi, qan qohumlarımı, doğmalarımı yenidəngöz yaşları içində torpağa tapşırıram… Yenidən torpağa tapşırdığım əzizlərim üçünsaçını yolan, üzünü dırnaqlarında didik-didik edən, fəryadı ilə hər kəsi havalandırananaların, bacıların, qızların səsini eşidirəm. Və mənə elə gəlir ki, lap bu dəqiqə,bu an bilgisayarda bu yazını, bu diqtəni yazıya çevirən Gülər xanım da o səslərieşidir, o fəryadları duyur. Çünki bu poemanı oxuyub o nalələri duymamaq, o nalələriniçində əriyib yox olmamaq mümkün deyil. Var ol, ustad! Qələminin, sözünün qüdrətiniAllah qorusun! Sizin misralar məni Qarabağda gəzdirir. Hər tinini, hər kolunu, daşını,çeşməsini, ağacını, yarpağını, tanıdığım yerləri dolaşıram. Qarşıma ruhlardan başqakimsə çıxmır. Və onların hamısı da mənə incik, küskün və bir az da qəzəbli baxırlar.Mən onları başa düşürəm. Daha doğrusu, onları başa düşməkdə mənə sizin misralarkömək edir:

Kövrək duyğularım mənə deyirki,

Şuşanın, Şuşanın dərdindəndanış.

Ölən qəhrəmanın, ölən igidin,

Qanlı tamaşanın dərdindəndanış.

 

Yayın istisində sazağa düşən,

Yaxın ola-ola uzağa düşən.

Kölgəsi bizə yox, qırağadüşən,

Qırılan meşənin dərdindəndanış.

 

Hə, mən çox gördüm doğrananağacları… Mən çox gördüm yandırılan evləri… Mən çox gördüm partladılan yolları,körpüləri.. Mən çox gördüm bığ yeri tərləməmiş, nişan üzüyü taxmamış oğulların,qızların şəhidliyini… Mən çox gördüm bir anda evin-eşiyin yağmalanmağını, kəndin-kəsəyinviran qalmağını və bir də mən çox gördüm torpağa güllə altında, mərmi altında tapşırılanları.Ona görə də Zəlimxan müəllim, sizin poemanı oxuduqca mən həmin o gördüklərimi birdə təzədən görürəm. Onda yaşadıqlarımı bir də indi yaşayıram. Allah sizə insaf versin!!!

 

Yuxuda gördüm ki, ağlayırbalam,

Bizdən ayrı düşən bir qızağlayır.

Atasız, anasız, qardaş-bacısız,

Yanında  kimi yox, kimsənəsi yox,

Ağlayır, özü də yalqız ağlayır.

 

Yuxuda gördüm ki, ağlayırbalam,

Göz yaşı iz salır yanaqlarından.

Qaynar baxışından axan çeşmələr,

Bənzəyir Şuşanın bulaqlarına.

 

Yuxuda gördüm ki, ağlayırbalam,

Gah ana, gah bacı, gah qardaşdeyir.

Bəlkə də min ilin demədiyini,

Gözündən tökülən qanlı yaşdeyir.

 

Mən bu poemanı söz-söz,misra-misra sizlərin düşüncənizə, duyğularınıza təqdim etmək fikrində deyiləm. Olabilsin ki, mənim təqdimatım sizin umduğunuz, sizin görmək istədiyiniz nəticəni vermədi.Axı hər kəsin öz qavraması, öz dərk etməsi var və ora təsir, təzyiq etmək günahdı.Amma inanın ki, bu poema Zəlimxan Yaqubun bizim Şuşa dərdimizə, bizim hamımızınŞuşa ağrımıza ağlayan bir abidədi. Misralardan, sözlərdən, durğu işarələrindən qəzəbdolu göz yaşı tökülür. Mənə elə gəlir ki, bu poema yazıldığı gündən oxunduğu günəqədər hər kəs üçün ağlayan, hər kəsi ağladan və ən əsası hər kəsi Şuşa deməyə səsləyən,vadar edən, məcbur edən, coşduran bir ədəbiyyat nümunəsidi. Özü də əvvəldə dediyimkimi, yəni mənim üçün qəbul olunan, ağlayan abidədi!

Poemanın bütün məziyyətlərini,bütün ədəbi, elmi cizgilərini, onun yükünü, onun bir sənət nümunəsi kimi yeriniyəqin ki, ədəbi tənqid, yəni sözlə məşğul olanlar deyəcəklər. Amma mən bir oxucukimi necə deyərlər, içimdən birbaşa bilgisayara tərəf qaçan fikirlərimi deməyə bilməzdim.Onun necə alındığının heç haqqında da düşünmək istəmirəm. Çünki o da mənim ürəyiminsəsidi. O səsi məhz «Şuşada balam   qaldı» poeması oyatdı. O səsi həmin poema ayağaqaldırdı,  eşidilməyə tələsdirdi.

 

Məkkədən qayıdan nurlu hacılar,

Ciyəri dağlanmış qardaş,bacılar.

Eşəndə ürəyi ağrı, acılar,

Ziyarət paltarı geyinin,gedin,

Körpə məzarını ziyarət edin.

 

… Nə olsun uşağın silahıyoxdu,

Uşaq öldürənin Allahı yoxdu.

Məzarda yatanın günahı yoxdu,

Körpə məzarını ziyarət edin.

 

Və nəhayət, mən ustadınqarşısında baş əyib onun və hamımızın arzusu olan və ifadəsini də bu misralardatapan istəyi dilə gətirirəm:

 

Nə yuxudan doymuşam,

Nə gördüyüm həyatdan.

Kim doyub, mən də doyam,

Aydan, gündən, saatdan.

Gəlmişəm getməliyəm,

Yeri, yurdu, səmanı,

Bir gün tərk etməliyəm.

Min dəfə istəmirəm,

Bircə dəfə üzünü

Görə biləydim, Şuşam!

Əlvan çiçəklərindən

Dərə biləydim Şuşam!

Qızılı güllərini

O qızın başdaşına

Hörə biləydim, Şuşam!

 

Hə, ustad! Allah bizi bu arzumuza qovuşdursun! Allah bizi o günə kimi qorusunvə biz Şuşada qalanların qarşısında günahlarımızı yuya bilək!..

 

TƏQVİM / ARXİV