adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Avqust 2015 21:39
4044
İDMAN
A- A+

Keçmiş futbolçumuz klub prezidenti oldu

Namiq Məstanovun gedişindən sonra "Turan Tovuz"un prezident postu boş qalmışdı.

 

Adalet.az Rekord.az-a istinadən xəbər verir ki, bu postun yeni sahibi məlumdur.

 

"Turan"ın, eyni zamanda millimizin sabiq futbolçusu Nadir Nəbiyev Tovuz təmsilçisinin yeni prezidenti təyin olunub. Yaxın günlərdə yeni baş məşqçinin də kimliyinə aydınlıq gələcək.

 

Qeyd edək ki, Nadir Nəbiyev karyerası ərzində "Turan", "Neftçi", "Xəzər Lənkəran" və "Standard"da çıxış edib, milli komandamızda 27 oyun keçirərək 3 qol vurub.