adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Avqust 2015 18:39
2709
MƏMLƏKƏT
A- A+

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6%-ə yaxın azalıb

-Economics. İyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 12,6 və 2%, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti düşüb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə yüksəlib.

 

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti artıb, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti enib.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti enib, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə artıb.