adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Avqust 2015 17:15
2042
HADİSƏ
A- A+

Ötən ay 155 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bu ilin iyul ayı ərzində 4 733 250 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA-nın) mətbuat xidmətindən verilən məlumata görə, 155 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 296 137 250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 032-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir. 2015-ci ilin İyul ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb