adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Avqust 2015 16:09
4607
SİYASƏT
A- A+

Qənirə Paşayeva siqaretə “yox” dedi

Qənirə Paşayeva Tovuzun Əlimərdanlı kəndində gənclərin iştirakı ilə "İctimai yerlərdə siqaretin çəkilməsinə YOX deyirik” adlı görüş keçirib. 


Görüşdə millət vəkili İctimai yerlərdə siqaret çəkilməsinin zərərlərindən danışıb: "Bu gün əksər ictimai yerlərdə rahat şəkildə tütün məsullarından istifadə edən insanlar özləri ilə bərabər siqaretdən istifadə etməyənləri də onun zərərli təsirlərinə məruz qoyur. Bu istiqamətdə maarifləndirmə və ictimai qınağın önəmini xüsusidir. Biz ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını almaq üçün bərabər maarifləndirmə işlərini gücləndirməliyik. 

Tədbirdə iştirak edən gənclərə "Siqareti atmağın asan yolu” kitabını hədiyyə edən millət vəkili daha sonra gənclərin suallarını cavablandırıb. Əlimərdanlıda da digər kəndlərdə olduğu kimi 30 nəfər gəncdən ibarət qrup yaradılıb və onlar bu istiqmətdə kəndlərində həm gənclər, həm də digər yaş qruplarından insanlar arasında əldə etdikləri məlumatları könüllü təbliğat aparmağa söz veriblər. Hazırda il ərzində 5 milyondan artıq insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini vurğulayan Qənirə Paşayeva özəlliklə gənc oğlanları çox diqqətli olmağa, öz həyatları öz əlləri ilə məhv etməməyə çağırıb.