adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Avqust 2015 15:10
3207
HADİSƏ
A- A+

Sumqayıtda ağır qəza

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. "VAZ 21015" və "Mitsubishi" markalı iki minik avtoimobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 


Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Fərrux Əliyevin idarə etdiyi "VAZ-21015” və Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi "Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə F.Əliyevin sərnişini Vəfadar Ələkbərov hadisə yerində ölüb, N.İsayev və sərnişini İlqar Hüseynov xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


**