adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2015 15:03
9937
ƏDƏBİYYAT
A- A+

Nazirlikdən ağır xəstə olan Kənan Hacıya şad xəbər

"Dövlət hepatit C virusuna yoluxmuş şəxslərin müalicəsini öz üzərinə götürüb. İctimai Səhiyyə və İslahatlar mərkəzi bu xəstələri pulsuz müayinə etdikdən sonra lazımi dərmanlarla təmin edir”.

 

Bu sözləri Səhiyyə Nazirliyinin Ümumi şöbəsinin inspektoru Xalidə Hüseynova yazıçı Kənan Hacının Hepatit C virusuna yoluxması və müalicəsinə yardım edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə xüsusi Komissiya yaradılıb:

 

"İctimai Səhiyyə və İslahatlar mərkəzi bu xəstələri pulsuz müayinə etdikdən sonra lazımi dərmanlarla təmin edir. Həmin mərkəz 20 Yanvar metrosunun yaxınlığında – Bakı şəhəri H.Zərdabi küçəsi 96 ünvanında yerləşir. Xəstələr mərkəzə ərizə ilə müraciət edib, xidmətlərdən yararlana bilərlər”.
 

Xatırladaq ki, gənc yazar Kənan Hacı Aznevs.az saytına açıqlamasında Hepatit C virusundan əziyyət çəkdiyinin, xəstəliyinin şiddətləndiyini, iş qabiliyyətini itirdiyini bildirmiş, müalicəsinə yardım olunmasını xahiş etmişdi.