adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Avqust 2015 12:43
4666
MƏMLƏKƏT
A- A+

SOCAR Novorossiysk limanından neft ixracını 43 faiz artırıb

Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845 min 757 ton və ya ötən ilin müvafiq dövründən 42,6% artıq xam neft ixrac edib.

Yeddi ayda bu limandan ixrac olunan  xam neftin 167 min 711 tonu ötən ayına payına düşüb.  
 
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.   
 
Azərbaycan nefti Qara dənizin Novorossiysk limanına "Bakı-Novorossiysk” boru kəməri vasitəsilə  Rusiya ərazisindən keçməklə nəql olunur.
 
"Bakı-Novorossiysk” neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir.
 
Bu boru kəməri ilə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarlarına çıxarılıb.