adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Avqust 2015 12:32
6294
GÜNDƏM
A- A+

Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi edəcək

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin Direktoru Gürkan Kumbaroğlunu qəbul edib.  Görüşün əsas məqsədi Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyası tərəfindən 2016-cı ilin 31 avqust – 3 sentyabr tarixlərində Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransının keçirilməsi məsələsinin  müzakirəsi olub.

Nəzərinizə çatdıraq ki, bu tədbir Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.

Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmək imkanları, viza prosesi və s. təşkilati məsələlər müzakirə olunub. Tədbirin keçirilməsi həm enerji, həm də turizm sahəsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə 200-ə yaxın dövlət, özəl və akademik dairələrdən nümayəndənin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, görüş zamanı Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan nümayəndə heyəti, ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüb.