adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Avqust 2015 11:55
4661
MƏMLƏKƏT
A- A+

Kürdə biogen maddələrin dəfələrlə artıq olması müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. 

Nazirlikdən Azadinform-a bildirilib ki, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 33,7 m3/san azalaraq 50,1 m3/san təşkil edib. 

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 

İyul ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2.5 dəfə YVQH-ni keçib. 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.85-7.38 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.