adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Avqust 2015 11:25
5306
İQTİSADİYYAT
A- A+

Bank iflas xəbərinə reaksiya verdi

"Bank Technique”nin fəaliyyəti barədə mətbuatda yayılan məlumatların heç biri həqiqəti əks etdirmir".  Bu məlumat "Bank Technique”nin mətbuat xidmətindən məlumat verilib.   Açıqlamada bildirilir ki, bank üzləşdiyi çətinliklərə baxmayaraq, öz işini davam etdirir:   "Bununla əlaqədar olaraq bildiririk ki, "Bank Technique” mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Həmçinin son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar Bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb.   "Bank Technique” bəyan edir ki, yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir”.   Bir müddət əvvəl yayılan xəbərlərdə bankın iflas etdiyi və işçilərini kütləvi şəkildə ixtisara saldığı və ya onları öz hesabına məzuniyyətə göndərdiyi xəbər verilirdi.