adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Avqust 2015 10:47
19542
MƏMLƏKƏT
A- A+

“Veysəloğlu” şirkəti media nümayəndələrini təbrik etdi

"Veysəloğlu” Şirkətlər Qrupu və "Ulduz” Şokolad Fabriki ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə bir qrup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfo Turunu təşkil edib.

Səfər çərçivəsində "Veysəloğlu” Şirkətlər Qrupu və "Ulduz” Şokolad və Karamel Fabriki haqqında mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin gördüyü işləri, uğur yolunu əks etdirən Tanıtım filmi göstərilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov Veysəloğlu MMC və Ulduz Fabrikinin rəhbərliyi adından səfərdə iştirak edən, həmçinin müxtəlif səbəblərdən qatıla bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.

Səfərdə iştirak edən jurnalistlər təşkil edilmiş bu səfər proqramı üçün "Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər. Həmçinin, bu maraqlı səfəri yaddaşlara köçürən xatirə şəkilləri çəkdiriblər.


4L6A4120

4L6A3928