adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Avqust 2015 10:38
5865
İDMAN
A- A+

“Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Bəyanat

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında "Seltik”lə qarşılaşacaq "Qarabağ” bəyanat yayıb. Apasport.az saytı bəyanatın mətnini diqqətinizə çatdırır.

"Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ” – "Seltik” qarşılaşmasının biletləri bugün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündə toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi "işbazlar” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar.

Məhz bu səbəbdən "Qarabağ” Futbol Klubu tərəfindən kassalar bağlanmış, hüquq mühafizə orqanlarına müraciət edilmiş və qeyri-leqal satışla bağlı tədbir görülmüşdür.

Sabah səhərdən etibarən satış yenidən bərpa olunacaq.

"Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".