adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Avqust 2015 10:35
3535
HADİSƏ
A- A+

Tacir Şahmalıoğlunun qardaşının meyiti tapılıb - Video

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının meyiti tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə Apa-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsində dəniz kənarında aşkar edilib. Dalğa meyiti sahilə çıxarıb.

Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, iyulun 31-də Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuterlə dənizə çıxıb. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində M.Allahverdiyev batıb. M. Allahverdiyevin batmasına səbəb olaraq onun üzərində xilasedici jiletin olmadığı bildirilir.