adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Avqust 2015 10:29
5147
GÜNDƏM
A- A+

Arzu Rəhimov qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 13-də Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. Xidmətdən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.