adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Avqust 2015 15:04
3897
HADİSƏ
A- A+

Bakıda evə civə dağıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınması barədə müraciət daxil olub.


Adalet.az nazirliyin saytına istinadən xəbər verir ki, termometrin sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. 

 

Əməliyyat saat 12:00-da başa çatıb.