adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2015 17:47
8103
KRİMİNAL
A- A+

Qanunsuz silah satan şəxslər tutulub

Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub.

Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulub.

E.Həsənovun evinə baxış zamanı "Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.