adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Avqust 2015 16:52
5813
SİYASƏT
A- A+

Mirmahmud Mirəlioğlu son dəfə KXCP sədri oldu

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda partiya sədrliyinə seçkilər keçirilib və Mirmahmud Mİrəlioğlu yenidən sədr seçilib. Səsverməyə qatılanlardan 220 nəfər onun lehinə, 2 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Sonra M. Mirəlioğlu çıxış edib. O, çıxışında növbəti qurultayda partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bəyan edib: "Bu baxımda bu qurultay həm də mənim sədr kimi vida qurultayımdı. Növbəti dəfə sədrliyə başqa adam namizəd olacaq. Mən istəyirəm ki, gənclər irəli çıxsın. Alternativ namizədlər olsun. Məni meydanda tək qoymayın”.

Sonda qurultayın bəyanatı qəbul olunub.