adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Avqust 2015 12:19
4308
MƏMLƏKƏT
A- A+

Tempetarur yüksələcək

Azərbaycanda kəskin istilər davam edir, sabah ölkənin bəzi yerlərində havanın temperaturu 42 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.