adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Avqust 2015 12:04
3508
HADİSƏ
A- A+

Xəzərdə batmış gəncin cəsədi tapılıb

Xəzərdə batmış gəncin cəsədi tapılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.

"Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.