adalet.az header logo
  • Bakı 21°C
01 Avqust 2015 11:11
3822
DÜNYA
A- A+

Zukerberq ata olacaq

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ata olmağa hazırlaşır.

"Qafqazinfo”nun The İndependent-ə istinadən məlumatına görə, o, bu barədə şəxsi səhifəsində paylaşım edib.

Mark həyat yoldaşı Pristilla Çanın hamilə olduğunu yazıb:

"Mən və xanımımda maraqlı xəbərlər var: Bizim qızımız olacaq”.

Facebook yaradıcısı paylaşdığı məlumatda xanımının buna qədər bir neçə uğursuz hamiləlik keçirdiyini də vurğulayıb:

"Bu, bizim həyatımızda yeni səhifə olacaq. Bundan sonra biz öz uşaqlarımız və bütün gələcək nəsillər üçün dünyanı daha gözəl etməyə çalışacağıq”.

Xatırladaq ki, Harvard Universitetində tanış olan cütlüyün toyu 2012-ci ilin baharında olub.