adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2015 09:47
3665
İDMAN
A- A+

Nurlan Novruzov rəsmən Türkiyə klubunda


2014-2015-ci il Azərbaycan Premyer Liqasının bombardiri, "Bakı"nın futbolçusu Nurlan Novruzovun karyerasını harada davam etdirəcəyinə nəhayət ki, aydınlıq gəlib. Sportal.az xəbər verir ki, gənc forvard Türkiyə 1-ci Liqa təmsilçisi "Elazığspor"la anlaşıb. O, Elazığ təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Sayta açıqlamasında futbolçu özü də bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, Nurlan Novruzov artıq "Elazığspor"un düşərgəsindədi.