adalet.az header logo
  • Bakı 18°C
01 Avqust 2015 08:02
12476
LAYİHƏ
A- A+

YÜKSƏLİŞ YOLUNUN ZAQATALA GERÇƏKLİYİ


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

"2015-Bakı" Birinci Avropa oyunlarına həsr edilən Zaqatalada keçirilmiş intellektual oyun üzrə regional məktəb çempionatının zona mərhələsində rayonun komandası I yeri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona mərhələsində iştirak edən Humanitar Fənlər Gimnaziyasının komandası I yeri, Gözbarax kənd tam orta məktəbinin komandası IV yeri qazanmışdır.
2015-ci ilin birinci yarımili ərzində rayonda basketbol, voleybol, atıcılıq və atletika üzrə rayon birincilikləri təşkil edilmiş, 2015-ci ilin yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" və "Gənc sərrast atıcı" yarışları keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yaz tətili günlərində rayonun 10 istedadlı şagirdi Naxçıvan Muxtar Respublikasına göndərilmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə Heydər Əliyev Mərkəzində keçirilmiş açıq dərslərdə 1227 nəfər şagird iştirak etmişdir.

Əhalinin sağlamlığı ən vacib məsələdir

Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, 2015-ci ilin I yarımili ərzində RMX-nın həkimləri tərəfindən 26064 nəfərə ambulator qaydada tibbi xidmət göstərilmiş, 5677 evə gediş olmuş, xroniki böyrək çatışmamazlığı diaqnozu ilə qeydiyyatda olan 80 nəfərə Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsində mütəmadi olaraq dializ proseduru aparılmışdır. Hesabat dövründə xəstəxana Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada 239801 manat dəyərində dərman və sarğı materialları ilə təmin edilmiş, xəstəxana daxilində quraşdırılmış lift tam istifadəyə verilmiş, narkotiklərin daha təhlükəsiz saxlanmasını təmin etmək məqsədi ilə Aptek şöbəsinə kamera və siqnalizasiya quraşdırılmış və obyekt Mühafizə xidməti tərəfindən mərkəzləşmiş nəzarətə götürülmüşdür.
2015-ci ilin birinci rübü ərzində 94 nəfər tibb işçisi sertifikasiyaya cəlb olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda 85478 nəfərin tibbi profilaktik müayinəsi təşkil olunmuşdur.

Mədəniyyət və turizm

Azərbaycan dövlətinin bütün sahələrinin dinamik inkişafı mədəniyyət sahəsinin də inkişafını sürətləndirmiş, mədəniyyət müəssisələrində tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik mövzusunda dəyirmi masalar, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları ilə görüşlər, kitab sərgiləri, kompozisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.
Hesabat dövründə 10 may ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayonda gül bayramı keçirilmiş, konfrans və bayram konserti təşkil olunmuş, "Ulu öndər-ulu zirvə" adlı VII kitab bayramı keçirilmiş, Beynəlxalq Ailə günü münasibəti ilə Şəmkir rayonunda keçirilən respublika tədbirində rayonu Heydər Əliyev Mərkəzinin direktoru F.Rəhimovun ailəsi təmsil etmişdir. 15-iyun Milli Qurtuluş günü münasibəti ilə rayonda silsilə tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən 2014-cü il aprel ayının 23-dən başlayaraq rayonun ərazisində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində nikahlar təntənəli şəkildə qeyd olunur. 2015-ci il birinci yarımili ərzində Mərkəzdə 116 gənc ailənin nikahı qeydə alınmışdır.

I Avropa Oyunlarının
Zaqatala marşrutu və...

Paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan birinci Avropa Oyunlarının Məşəli may ayının 23-də "qızılgüllər diyarı" Zaqatalaya gətirilmiş, şəhərin Bayraq Meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları və gül-çiçəklə məşəl yürüşünün iştirakçılarını qarşılamışlar. Heydər Əliyev prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyov və Sülh küçələri boyunca 2700 metrə yaxın məsafə qət edilərək məşəl Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətirilmiş, Zaqatala qalasının ərazisinə toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini böyük coşqu ilə izləmiş, sonda geniş bayram konserti və atəşfəşanlıq təşkil olunmuşdur.
Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin Mərasimlər şöbəsinin məşəl prodüseri Kler O Sallivan Məşəl estafetinin və Qarşılanma mərasiminin Zaqatalada çox uğurla və yüksək səviyyədə təşkil edildiyi üçün Rayon İcra Hakimiyyətinə rəsmi təşəkkür məktubu ünvanlamışdır.
Hesabat dövründə idman sahəsində də nailiyyətlər qazanılmış, rayonda "2 fevral gənclər günü", 5 mart Bədən tərbiyəsi və idman günü", Novruz bayramı münasibətilə ümumrayon tədbirləri keçirilmiş, fəal gənclər və idmançılar qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Fevral ayında Bakı şəhərində keçirələn cüdo idman növü üzrə yeniyetmələr arasında Azərbaycan Çempionatında rayon idmançıları III yerə, Qəbələdə rayonunda keçirilən cüdo üzrə Respublika Turnirində II və III yerlərə layiq görülmüşlər. Mart ayında Qəbələ rayonunda keçirlən sərbəst güləş üzrə zona yarışlarında idmançılar ayrı-ayrı çəki dərəcələrində I və III yerlərə layiq görülmüşlər. 03-04 aprel 2015-ci il tarixində Qəbələ rayonunda keçirilən cüdo açıq turnirində idmançılar I, II və III yerlərə, 12 aprel 2015-ci il tarixində Mingəçevir şəhərində keçirilən cüdo üzrə açıq birinciliyində II və III yerlərə, 19 may 2015-ci il tarixində Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Yeniyetmələr arasında Respublika birinciliyində iştirak edən gənclər V,VI yerlərə, 04-06 iyun 2015-ci il tarixində Balakən rayonunda keçirilən sərbəst güləş üzrə İdman Məktəblərinin Azərbaycan birinciliyində rayonun idmançısı III yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, tövsiyələrinin geniş ictimaiyyətə çatdırılması üçün yaradılmış təbliğat qrupları tərəfindən 55 görüş keçirilmişdir.

Hüquq və azadlıqların
qorunması

İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində Rayon İcra Hakimiyyəti öz fəaliyyətini qanunçuluq, ədalət, qərəzsizlik, aşkarlıq və şəffaflıq prinsipləri əsasında qurmuşdur.
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası təmin edilmiş, Azərbaycan Respublikasının qanunvericilik aktlarının icrasını nəzarətdə saxlanılmışdir.
İctimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq və polis orqanlarından məlumatlar alınmış, hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirilmişdir.
Rayon Polis şöbəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmiş, axtarış işinin yaxşılaşdırılması, qanunsuz silahların yığılması, narkomaniyanın qarşısının alınması, əməkdaşların peşə hazırlığının yüksəldiməsi istiqamətində vacib tədbirlər həyata keçirilmişdir.
Məzahir ƏHMƏDOĞLU