adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Iyul 2015 21:39
8030
HADİSƏ
A- A+

Xəzərdə 20 yaşlı gənc boğulub

Xəzər dənizində 1 nəfər batıb.
 
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəgəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin cimərkən dənizdə boğulması barədə məlumat daxil olub.
 
"Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Əməliyyat saat 19:41-də başa çatıb.